Soyuğa qarşı allergiya

Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir.

Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu  dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri «gəzir», lazım olmayan müalicələr alırlar.

Soyuq tibbi elmində yalnız bu yaxınlarda allergen kimi qəbul olunmağa başladı. Soyuğa qarşı olan allergiyanı həkimlər daha tez-tez hallarda allergiya yox, «psevdoallergiya» adlandırırlar. Adətən «allergen» dedikdə biz müxtəlif maddələri (toz, yun, heyvanların tükü, bitkilərin tozcuqları, bəzi qidalar və s.) nəzərdə tuturuq. Lakin soyuq «maddə» deyil. Onda niyə soyuq allergik reaksiyalara səbəb olur? Həkimlərin fikirinə görə, soyuq insan orqanizmində müəyyən prosesləri «qoşur» ki, nəticədə allergiyaya bənzər reaksiya inkişaf edir.


Ardı →