Alkoqollu içkilərdən azad olmaq

Alkoqolizmdən bir sıra bitki dəmləmələrinin köməyi ilə də azad olmaq mümkündür.
Kopor çayı – «Ensizyarpaq xamerion” adlı bitkinin yarpaqlarından hazırlanan bu çay Rusiayada geniş tətbiq edilir. Hələ 12-ci əsrdən məşhur olan içki Avropada da böyük populyarlıq qazanıb. „İvan çay” kimi də tanınan dəmləmənin tərkibindəki C və P vitaminləri immuniteti artırır, damarların divarlarını bərkidir, bədəndəki toksinləri və ağır metalları xaric edir. Bir sıra zəhərlənmələr zamanı, həmçinin radiasiya şüalanmasının təsirlərini azaltmaq üçün istifadə edilir. “Kopor çay”ı alkoqol zəhərlənməsi zamanı da işə yarayır.
Alkoqolun verdiyi ağırlıq hissini aradan qaldırmaq üçün „İvan çay”ı 5/1 hissə kəklikotu ilə qarışdıraraq dəmləyin. Gün ərzində 5-7 fincan (bal ilə) qəbul etmək olar.

Davamı →