Azərbaycanın ilk qadın kinorejissoru

XX yüzilliyin əvvəlləri, bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanda qadınların mədəni mühitdə tədricən fəal rol oynamağa başladığı dövr idi. O dövrdə bir xanım soydaşımız da sənət aləminə doğru addımlayırdı və adı sonradan mədəniyyət tariximizə ilk qadın rejissor kimi düşəcəkdi. Bu, görkəmli mollanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə idi...

Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır.


Davamı →

Roberto Beniynin filmləri

  • Kino
İtaliaynın məşhur komediya aktyorlarından olan Roberto Beniyni 1952-ci il 7 oktyabrda kəndli ailəsində dünyaya gəlib. Açıqürəkli, şən xarakterli gənc Robertonun yeni təcrübələrə nail olmaq, dünyanı gəzmək, səyahət etmək kimi əsrarəngiz arzuları var idi. Lakin ona zövq verən işin insanları güldürmək olduğunu çox gözəl bilirdi. Televiziyadakı «comedy show»-lar, çıxış etdiyi bir sıra tamaşalar onun məşhurlaşmağına bir komik aktyor özünü sübut etməyinə səbəb oldu.1977-ci ildən etibarən

Davamı →

"Ögey ana" filminin bilinməyən tərəfləri

  • Kino

Bu gün Azərbaycanda film istehsalı davam etsə də, XX əsrin ortalarında daha az imkanla, daha böyük entuziazm, gözəl aktyor oyunları sayəsində köhnə filmlərimizi heç nə əvəz eləmir.

Bu gün sizə bu filmlərdən birinin kadrarxası barədə bəzi maraqlı məlumatları çatdıracağıq. Öncə 1958-ci ildə ekranlara çıxmış, o illərdə 21 milyon tamaşaçı tərəfindən izlənmiş “Ögey ana” filmi haqqında danışacağıq. Bu filmi yəqin ki, orta nəslin nümayəndələrindən görməyən yoxdur.

Rejissor Həbib İsmayılovun ekranlaşdırdığı film İsmayıllı rayonunun Qalacıq kəndində çəkilmişdi. Dilarənin fırtınalı gecədə üzərindən keçdiyi asma körpü indi İsmayıllıda böyük populyarlıq qazanmış turizm zonasıdır. El arasında hər kəsin “İsmayılın körpüsü” dediyi bu körpüyə turistlər maraqla axın edirlər.

Filmin çəkilişləri zamanı əsas uşaq oyunçulardan əlavə kütləvi səhnələrə Qalacıq kəndinin uşaqları da çəkilib. İsmayılın itburnu yığmaq üçün partladılan qayanın üstünə çıxması səhnəsini yəqin unutmamısınız. Həmin illərdə İsmayıllıda yol çəkilişi üçün həqiqətən qayalar partladlırdı və filmdə istifadə edilən partlama səhnəsi realdır. Qayadan qopan daşlar, qaya parçaları isə kartondan hazırlanmışdı və bu rekvizitlərdən “Qızmar günəş altında “ filminin çəkilişləri zamanı da istifadə olunmuşdu.


Davamı →