Super eqo

İnsan biopsixososial varlıqdır – eyni zamanda fenomendir. 3 əsas komponent onu idarə edir- bioloji, psixoloji və sosial. Hər komponent özündə özünə uyğun tələbatlar yığınını ehtiva edir. Cəmiyyətin diktəsi altında yaşayaraq, müdafiə mexanizmlərimizi işə salaraq hər addımımızı sosiuma uyğun bir şəkildə şərh edirik. Lakin başqa prizmadan baxsaq görəcəyik ki, bugunku Super Eqo bizi normadan biraz çox narahat edir.

Sərhədlərin əsrlər boyu formalaşması onların artıq adət ənənəyə çevrilməsini sığortalıyıb:

Üçlü hakimiyyət (maitrise)- şərab, eşq, və qonaqlıq (qida qəbulu). Təmkinlik, Sokratın (Dövlət) təlimlərinə əsaslanaraq hədəfin nailiyyəti üçün üç istiqamətdə reallaşmalıdır. Bu problem Aristotelin “Nikomaxov etikasında”, və həmçinin “Ziyafətdə” müzakirə olunur. “Artıqlıq” – İd – əsas düşməndir və bu ehtiyac cəmiyyətdə qurulmuş əxlaq kodeksinə diktə edə bilər. Sokratın fikrincə, əlaqənin iy və toxunma hissləri üç məqamda belə düşman kimi ümumi çıxış edə bilər (fizioloji prinsip). Fuko, “cinsi ehtiyac” analayışını qabardaraq, “bioloji tələbatdan sui-istifadə” anlayışıyla bu anlayış bağlayır. Bu arada “seksuallığın həddən artıq bolluğu” anlayışı qidanın qəbulunun həddən artıq bolluğuyla və qida davranışının asosiallığı ilə müqayisə haqqında fikrə yönəldir.

Davamı →