Gənclik və Səadət

Günlərin bir günündə gənc bir oğlan Səadətini axtarmağa çıxır. Az gedir, çox gedir, gəlib bir təpəyə çatır. O, təpədən baxıb aşağıda uca imarətli, küçə və meydanları adamla qaynaşan bir şəhər görür.

Qədim, gur bir şəhər. Cavanın ürəyi çırpınır. O, aşağı enib şəhərə yaxınlaşır. Darvazaçı gənc olduğunu görüb, onu şəhərə buraxır. O, həyəcanla izdihamlı küçələrdən keçir. Ətrafda çağlayan gözəlliyə, cah-cəlala heyranlıqla baxır. Nəhayət, o meydanların birində dayanıb Gəncliyinə belə deyir:

— Bura bax, görürəmki bu şəhərdə Səadəti əldə etmək o qədər də asan deyil. Bunun üçün mübarizə dolu illər lazımdır. Sən Səadətsiz heçnəsən, sənsiz də Səadətin bir faydası yoxdur. Buna görə, gəl belə eləyək. Mən gedim Səadət üçün mübarizəyə başlayım, sən məni burada gözlə. Heç yana getmə ha!
Cavan oğlan bunu deyib izdihama qarışır. 

Neçə illərdən sonra o, Səadəti ilə Gəncliyinin dalınca gəlir. «Aha, odur həmin meydan. Hardasan, Gəncliyim?» — qışqırır.
Amma artıq Gəncliyi yox idi. İllər alıb aparmışdı.

Əlisa Nicat 
Davamı →

Səadət nədir?

Xoşbəxtlik bir sevgilidir hər kəs həsrətini çəkər onun, (xoşbəxtlik) bir uca qayədir hər fədakarlığa qatlanarlar onun yolunda. İnsanlar arasında elə bir fərd yoxdur ki, məsud olmaq istəməsin. Bəs, səadət nədir? Budur çətindən də çətin məsələ!..

Yunanlıya görə, o, eşq və sevda, Sezara görə şan və şöhrət, Firona görə iqtidar və məqam, Qaruna görə də yığın-yığın sərvət və xəzinələrə sahib olmaqdır. Halbuki, bunlardan heç biri, nə gerçək səadət, nə də onun bir vəsiləsidir. Həqiqi xoşbəxtliyi bu yollarla axtaranlar həmişə aldanmış və xüsrana məruz qalmışdırlar.

Gerçək səadət insan zehninin dağınıqlıq və pərişanlıqdan qurtarılması, insan qəlbinin itminan və rahatlığa qovuşmasından ibarətdir. Onu dəniz sahillərində, dağların zirvəsində, tənha yerlərdə axtaranlar daim yanılmışlar. Hərçənd, ruhuna bundan qeyri yollarla istirahət etdirməyi bilməyən avam üçün bu da bir vəsilə sayıla bilər. Ancaq gerçək hüzur və səadəti əldə etmək üçün nə zamana, nə də zəminə ehtiyac var. O hər yerdə insanla birlikdədir; onun iç aydınlığına, onun hür iradəsinə əmanət edilmiş müqəddəs bir sevgilidir. Hər bir insan istədiyi vaxt qanadlanan ruhu ilə qəlbinin sonsuz diyarlarına pərvaz edib tamaşasından doya bilməyəcəyi aləmlərə baş çəkib həsrətini çəkdiyi xoşbəxtliyi əldə edə bilər. Üstəlik qəlb xəzinəsi də tərtəmiz fikirlərlə süslənmiş və ləbriz (ağzına qədər dolu, dopdolu) edilmişsə… Boysun (Boycenin) dediyi kimi: “Nə bəxtiyardır o insan ki, ruhunun dərinliyində belə bir mehrabı var!..”


Ardı →

Mübahisələrdən sonra

Ailə səadəti ilə bağlı mövzumuzu davam etdirməklə xoşbəxt, ideal ailələrdən bəhs edərkən reallıqları da nəzərdən qaçırmaq olmaz. Yəni nağıllardakı kimi bir ailəmiz yozdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik...

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə, ümidsizliyi bir kənara qoymalıyıq...

Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var. Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq, əgər qarşısını ala bilmiriksə, məsələni çox da uzatmamaqdır.
Ardı →

Qadınlar nə istər...

Əgər ailə səadətindən danışırıqsa, qadınların kişilərdən, kişilərin də qadınlardan nə istədiklərini bilmədən məqsədimizə nail ola bilmərik. Həqiqətən də elə xırda məsələlər vardır ki, unudulduğu üçün çox şeyləri görməyimizə, yaşamağımıza mane olur. Elə isə gəlin, bu xırda nöqtələri bir yerdə axtarıb tapaq...
Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə səadət istəyir. Bəli, bir qadın yoxsulluğa dözə bilər; xəstəliklərə, çətinliklərə sinə gərə bilər, ancaq inanın, o zərif ruhu həyat yoldaşının həyatındakı ikinci bir qadın olmaq bir tərəfə dursun, onun gözünə dəyən iki cüt gözdən biri olmağa belə dözə bilməz.
Ardı →

İdeal həyat yoldaşı

İdeal həyat yoldaşı olmaq elə də çətin deyil. Bir neçə tələbə riayət etməklə siz gözəl ideal həyat yoldaşı ola bilərsiniz.
1. Hər şeydən əvvəl ideal həyat yoldaşı yaxşı dostdur. O saatlarla ailəsi ilə yaxşı vaxt keçirir. Ərköyün uşaq kimi hər şeydən küsüb pis üz göstərmir.
2. Həssas, mədəni və fərasətlidir. Həyat yoldaşının danışmaq istəmədiyi mövzudan kənar gəzməyə çalışır. Bədbin deyil. Hadisələri pozitiv dəyərləndirməyi bacarır. Gülərüz olması və xoş sözləri ilə həyat yoldaşına yaşama sevinci verir.
3. Gözəl söz deməkdə comərd, pis söz deməkdə xəsis olur.
4. Həyat yoldaşını olduğu kimi qəbul edir, onu dəyişdirməyə çalışmır. Onu başqaları ilə müqayisə etmir. Dalaşmaqdansa, səbirli olmağa üstünlük verir.


Ardı →