Iqtisadi nəzəriyyənin tədqiqat metodları

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inki­şaf qa­nun­larını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız el­mi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olun­duq­da mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət ha­di­sə­lərinin dərk olunmasına yanaşılmasını, elmi tə­fək­kür qaydalarını və ob­yektiv aləmin qanunauyğun­luq­larını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar top­­lanır. Buna təsvir və ya empi­rik metod deyilir. Bundan sonra fakt­la­ra əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil ad­la­nır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təh­lil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib his­sə­lə­ri­nə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər bi­ri­nin yeri və rolu aydınlaşdırılır.


Ardı →

Psixologiyanın tədqiqat metodları

İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların  validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip əsasında aparılmasını vacib hesab edir.


Ardı →

Psixoloji tədqiqat

PSİXOLOGİYANIN TƏDQİQAT METODLARI
  1. Metodologiya haqqında ümumi məlumat.
  2. Psixologiyanın tədqiqat metodlarının təsnifatı.
  3. Əsas tədqiqat metodları.
  4.  Köməkçi tədqiqat metodları

Davamı →