Təfəkkür və onun pozğunluqları

Nə vaxtsa qədim insan daşı daşa sürtməklə tamamilə təsadüf nəticəsində od əldə etmişdir.Sonrakı həyatında o bu vərdişdən istifadə edərək od almaqda davam etmişdir. Bütün bu proses təfəkkür adlanır.Təfəkkür ətraf predmetlərin və hadisələrin insan beynində bir-biri ilə əlaqəli şəkildə inikasıdır.Təfəkkür prosesində üç əməliyyatdan istifadə olunur: analiz, sintez, müqayisə. Təfəkkür özü konkret və mücərrəd olur. İnsan həm konkret, həm də mücərrəd təfəkkürə malik olmalıdır.

Davamı →

Könüllü köləlik - Orxan Adıgözəl

Tarix boyu əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar.  Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər.

Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışdır. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Nadan şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər.
Davamı →