Allergiyanı tətikləyən qidalar

Bizim üçün adi olan yeməklər allergiyası olanlar üçün ölümcül ola bilər. İmmun sistemi ziyansız bir maddədən təhlükə hiss etdikdə allergik reaksiya meydana gəlir.
Allergiyaya səbəb olan qidaları öyrənərək evinizə gələn qonaqların həyatını qurtara bilərsiniz.

Bu 10 qida allergiya yaradır:

  • Buğda
    Allergiyası olanlar buğda ununu yesə, ciddi problemlə qarşılaşar. Buğda allergiyası uşaqlıqda, ya da daha irəli yaşlarda yarana bilər. Buğda üçün allergik reaksiyalar arasında astma, atapik dermatit, allergik rinit (burun axıntısı) və anafilaktik şok iştirak edir. Buna görə də buğda allergiyası olanların çox diqqətli olması lazımdır.

Davamı →

Uşaqlara verilən zərərli qidalar

Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib. Halbuki düzgün bildikləri bu ərzaqlar uşaqlar üçün zərərlidir.
uşaqların həzm sistemi 14 yaşına kimi formalaşır, ona görə onların qidalanması böyüklərdən fərqli olmalıdır.
Çox valideynlər uşaq 9-10 yaşına keçən kimi elə ailəvi kim nə yeyirsə, eyni yeməkləri uşaqlara verir.
Bir çoxları isə 5 yaşına kimi uşaqlarına market və apteklərdə üzərində GMO-suz, uşaqlar üçün, 100 % orqanik sözü yazılan istənilən qidanı alır.

Davamı →