Tərbiyəsizin tərbiyəsi

O gün işdən evə qayıdırdım. Avtobus dayanacağında böyük bir tıxac vardı. Beş-altı avtobus buraxandan sonra nəhayət birinə minə bildim. Təbii ki, otura bilmədim, ayaq üstə isə narahat dayanmışdım. Belə ki, onurğa sütunum əyilmiş, başım yana sallanmış, bir ayağım da havada qalmışdı. Bir yandan da konduktorun «bir az da mehriban olun!» ifadəsi məni lap əsəbiləşdirmişdi. Şoru motala sıxdıqları kimi, camaatı da avtobusun salonuna sıxıb qapını bir neçə dəfə çırpdıqdan sonra nəhayət ki, bağladılar. Elə bu zaman ah-nalə səsləri ərşə ucalmağa başladı: «vay öldüm!»; «adam ol da, ayağımın üstünə niyə çıxırsan?; „bir az aralı dur da!“; „yavaş, böyrəyim deşildi!; “vay qoluuum!»… Bu güclülərin səsi idi. Zəiflər isə heç səslərini çıxara bilmirdilər. Içəridə qocadan tutmuş balaca uşağadək hər nəslin nümayəndələri var idi. Kimi oturmuş, kimi də o basabasda öz canı ilə əlləşirdi.
Ardı →