Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova

Nəzakət Məmmədova 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Anası onun müəllimə olmasını istəyib.
Anasının istəyini nəzərə alan Nəzakət təhsil almaq üçün Bakıya gəlir. Ali məktəbə qəbul olunsa da, bir müddət sonra təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında «Bayatı-Qacar» oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir.
Davamı →