Teatrın "ölümü"

Artıq uzun illərdir ki, haradasa bu «uzun illər» deyimi yarım əsrdən çox bir zaman məsafəsini eyhamlaşdırır, cəmiyyətdə, periodik olaraq teatr sənətinin «ölümündən», yəni ictimai lazımsızlığından, gərəksizliyindən danışılır. Hələ XX əsrin 30-cu illərində rus kinematoqrafçıları, teatr sənətinin spesifikasına, bədii gücünə peşəkarcasına bələd olmalarına baxmayaraq, teatrın tezliklə sosial bir institut kimi iflasa uğrayacağını bəyan edirdilər, onun ölüm faktını hətta rəsmi şəkildə sənədləşdirməyə çalışırdılar. 50-ci illərdə də bu tendensiya müşahidə olunurdu. Lakin bu haqda sərt bəyanatlar vermək əvəzinə kinematoqrafçılar ikimənalı danışmağı üstün sayırdılar; istəmirdilər ki, Sovet İttifaqı Kommunist Partiyasının cəmiyyətdə yaşam və davranış tərzi üçün müəyyənləşdirdiyi kanonları sındırıb dağıtsınlar və heç nəyin üstündə ictimai qınaq obyektinə çevrilsinlər. Hətta onlar öz məqalələrində xüsusi bir təkidlə teatrın canlı sənət olduğunu vurğulaya-vurğulaya, kinematoqrafiya ilə televiziyanın prioritet mövqelərində dayandığını xatırladırdılar. Maraqlı olardı ki, elə bu arada məşhur sovet kinorejissoru Mixail Rommun məqaləsindən bir sitat gətirək və onu təhlil etməyə, onun gizli fikrini aşkarlamağa çalışaq.
Ardı →

Azərbaycanlılar niyə teatra getmir?

Biz öyrəşmişik ki, bir az bərkə-boşa düşəndə xalqı günahkar çıxaraq.
Kitab satılmır — günahkar oxucudur. Teatrlar boş qalıb — günahkar tamaşaçıdır. Ciddi musiqinin dinləyicisi yoxdur — günahkar yenə xalqdır. Heç kim bu sadaladıqlarımızın daha dərin səbəbləri üzərində düşünmür. Heç kim özünə sual vermək istəmir: məgər cəmi 20 il əvvələdək bu ölkədə kitablar 100-200 min tirajla satılmırdımı? Opera və Balet Teatrının kassaları önündə uzun-uzadı növbələr yaranmırdımı? İnsanlar üçün ən gözəl və mənalı istirahət teatrlara getmək deyildimi? Birdən-birə nə baş verdi ki, xalq mədəniyyətdən bu qədər uzaq düşdü?


Ardı →