Gündəlik işlərinizi asanlaşdıracaq ən yaxşı 15 süni intellekt saytı | ChatGPT və alternativləri

Süni intellekt alətləri hətta ən mürəkkəb tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtı və əməyi əhəmiyyətli dərəcədə azalda bildiyi üçün gündən-günə daha da populyarlaşır. Çünki AI ümumi məhsuldarlığı və dəqiqliyi artıra və müəyyən prosesləri avtomatlaşdırmağa kömək edir. Daha yaxşı qərar qəbul etmək və şirkətlərin gələcək planlarını proqnozlaşdırmaq üçün səhiyyə, maliyyə, maliyyə planlaşdırması və digərləri daxil olmaqla müxtəlif sənaye sahələrində AI-dən istifadə olunur. 

Məzmun yazmaqdan tutmuş şəkillərdən arxa planı saniyələr ərzində silməyə qədər bir çox işi dərhal yerinə yetirən bu alətlər tapşırıqları səmərəli şəkildə yerinə yetirmək üçün şəxsən istifadə edildiyi üçün sürətlə böyüyür. 

 Mündəricat:

  1. Chatsonic 
  2. ChatGPT
  3. Trip Planner
  4. Adobe Enhance
  5. Cutout.pro
  6. Dall-E
  7. Nvidia Canvas
  8. Socratic
  9. Midjourney
  10. Jasper Chat
  11. Bing AI
  12. Krisp.ai
  13. Grammarly
  14. Chatfuel
  15. Zoho Zia

Davamı →

Keçmişdən bu günə qədər televizor

17 dekabr 1996-cı ildə BMT Baş Assambleyası 21 noyabr  tarixini Dünya Televiziya Günü elan edib.
Hal-hazırda televiziya ilə əhatə olunmayan heç  bir dövlət yoxdur. Televiziya ən nüfuzlu elektron kütləvi informasiya vasitəsidir.  Sehirli güzgü, nağıl və afsanələrin  sübut etdiyi kimi Bəşəriyyət uzun illər məsafələr arasında  təsvirin ötürülməsinin xəyalını qururdu, üzərindən heç 1000 illik də keçməmiş bu xəyal reallaşdı.

Davamı →

Komfortlu həyat üçün yüksək texnologiyalar

Texnologiya istehsalçıları davamlı olaraq, həyatı asanlaşdırmağa, rahatlaşdırmağa və təhlükəsizləşdirməyə çalışırlar. Nəticədə maraqlı və həqiqətən də lazımlı əşyalar yaranır.  Aşağıda belə yeni əşyaların bəziləri ilə tanış ola bilərsiniz:
“Always Home Cam”
2020-ci ilin sentyabr ayında “Ring” texnologiya şirkəti ev təhlükəsizlik sistemləri üçün maraqlı bir yenilik təqdim etdi. Ənənəvi “CCTV” kameralar görüntüləri sabit nöqtələrdən ötürür, “Always Home Cam” dronu isə evin ətrafında uçaraq çəkiliş aparır. İşdə olarkən, evdə baş verənləri smartfon ekranında real vaxtda görə bilərsiniz.

Davamı →

Yeni texnologiyalar və dəyişən dünya

Türkiyədə yaşayan bir tanışımın Azərbaycandaykən işlətdiyi iPhone telefonu artıq çalışmır, yəni zənglər gedib gəlmir. Heç bir sim kartı qəbul etmir. Səbəb isə Türkiyə qanunvericiliyinə görə ölkəyə daxil olduqdan sonra 120 gün ərzində telefonu qeydiyyata salmalı olmasıdır. Bunun üçün isə az olmayan bir vəsait tələb olunur. Həmin tanışım isə o telefondan yalnız wi-fi olan yerlərdə (hansı ki, bir çox yerdə var artıq) istifadə edə bilir. WhatsApp və digər sosial media vasitələrindən istifadə edərək digər şəxslərlə rahatlıqla əlaqə yarada bilir.

Davamı →

Fotoqrafiya və kompüter

Kompüterin, elektron-rəqəmsal texnologiyaların meydana gəlməsi çəkiliş və fotoşəkillərin emalı imkanlarını genişləndirdi. Lakin iş zamanı kompüter proqramlarının tətbiqi nəinki texnoloji bacarıq, həm də onun bədii imkanlarının dərk olunmasını tələb edir. Yeni texnologiya təsvirin alınmasını yüngülləşdirir, onun keyfiyyətini yüksəldir. O, eyni zamanda fotoqrafiya sənətinin məğzinə incəsənət və informasiya növü olaraq yeni tərzdə baxmağa vadar edir.
Kompüter fotoqrafiyanın sonsuz sayda emal imkanlarına meydan açır. Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdirilə bilər.
Davamı →