Al-verlə məşğul olaq,pul qazanaq!

Günü-gündən şəhərimizdə ticarətlə məşğul olan insanların  sayı artmağa başlayır.Hansı binanın yanından keçirsən görürsən ki,bir qadın və ya kişi qarşısına xalatdan,corabdan,mer-meyvədən zaddan qoyub al-ver edir.Və ya hər hansı bir küçəni sona qədər gedincə yol boyu apteklərə,gözəllik salonlarına,super-marketlərə,pal-paltar dükanlarına ,çayxanalara nə bilim dönərxanalara rast gəlirsən.Böyüklü,kiçikli hamı üz tutub alverə.Kimisi də «obyekt»açmayıb,Türkiyədən,Dubaydan mal vurub evində satır.Bu daha sərfəlidi.Vergi vermirsən,dükan pulu vermirsən.Çoxsu da deyir ki,indi pul alverçilərdədi.Filankəsin dükanı var,nə bilim salonu var.Yaxşı pul qazanır.Əvvəllər alverçiyə qız vermirdilərsə,indi əksəriyyət alverçiyə,obyekti olana qız verir.İndi əvvəlki kimi birinci növbədə oğlanın diplomu soruşulmur.
Ardı →