Orqan köçürməsi

Bir insanın təsadüfi ölümü başqasını həyata qaytara bilər. Orqan köçürülməsi sahəsində ixtisaslaşmış klinikaya düşmək üçün hansı fəlakət baş verməlidir? Bu klinikalarda yüngül xəstə olmur. Əməliyyata hər hansı orqanı fəaliyyətdən tam dayanmış və həyatı artıq «tükdən» asılı olan insanlar məruz qalır.
Bu vəziyyətdən öndə isə inkişaf edən xəstəlik ilə uzun illər davam edən üzücü mübarizə durur. Belə güman etmək olar ki, bu qədər iztirab çəkməkdən və sıradan çıxmış orqanı «yamamağa» çalışmaqdansa, onun yerinə yeni və sağlamını köçürmək daha asan olmazmı? Nəyə görə bu üsul geniş istifadə olunmur?
Hər halda, belə əməliyyat həmişə son variant hesab olunur. Çünki bu əməliyyatdan sonra resipiyent (xəstə)  ömrü boyu xüsusi preparatlar qəbul etməyə və müalicə aldığı həkimə məhkumdur.
Ardı →