Tromboz

Tromboflebit necə əmələ gəlir? Varikoz damarlarda trombozun formalaşmasına nə şərait yaradır? Virxovun nəzəriyyəsinə görə trombozun damar boşluğunda əmələ gəlməsinin 3 əsas səbəbi vardır. Birinci səbəb qanın tərkibinin pozulmasıdır, yəni qanın laxtalanma faktorlarının artmasıdır.

İkinci səbəb damar divarının zədələnməsidir. Üçüncü səbəb isə qan dövranındakı dəyişikliklərdir. Bu üçlüyün əsasında tromb yaranır. Varikoz damarlarında üçüncü bənd qeyd olunur ki, bu zaman venoz divarın zəifləməsi səbəbindən qanın axını çətinləşir. Buna görə də potensial varikoz xəstəliyi ayaq damarlarında trombozun inkişafı üçün başlıca amil sayılır.
Davamı →