Twitterdən istifadə edirsinizmi?

Kimin tvitterdə hesabı var? Nə qədər vaxtdan bir tvitter işlədirsiniz? Ümumiyyətlə mikrobloqqinq faydalı bir şeydirmi? Əgər Twitter.com hesabınız varsa,aşağıda qeyd etməyi unutmayın.

Bu tvitter nə olan şeydir?

fidaska adlı tvitterimi açdım. Soruşa bilərsiniz ki,niyə? Axı kayzendə mikrobloq servisi var. İş orasındadır ki,Tvitterlə mikrobloqun fərqini bilmək istədim. Dedim görüm bu Tvitter nədir belə? Hələ https://kayzen.az/page/faq/mikrobloq oxuyanda fikirləşmişdim ki,bu Tvitter necə şeydir. İndisə qeydiyyatdan keçdim.
Məlumunuz olsun ki,Blackberry sahibləri ən çox Tvitter servisindən istifadə edənlərdir. Heç bilirsiniz ki,Çində Tvitter istifadə etmək olmur? Qeydiyyatdan keçmək Tvitterdə məndə xoş təəssürat oyatdı. Dizayn çox rahatdır.
Tvitter İnternetin SMSi kimi tanınır. Ruby on Rails adlı platforma üzərində yaranıb(o nə olan şeydir?) Hazırda tvitter dünyanın 50 ən məşhur saytı arasındadır.Onu istifadə edənlərin təxminən 10 faizi 12-17 ya. arasındadır.Bəzi ölkələrdə hətta ondan təhsil məqsədi üçün istifadə olunur.2009-cu ilin mayında isə kosmonavt Mayk Massimino Habbl teleskopunun təmiri zamanı tvitterdən istifadə etmişdi.Hazırda onun əsas rəqibi http://www.jaiku.com/ servisidir.Bilməyənlərin nəzərinə çatdırım ki,Jaikunu Google alıb.
Amma Tvitterin minusları da az deyil. bir dəfə onun işçilərinin birinin parolunu oğurlayaraq bəzi məşhur Tvitter istifadəçilərinin parolunu da əldə etmişdilər!
Amma dünyada ən yaxşı mikrobloqqinq servisi kimi http://identi.ca/ sayılır. onun fərqli cəhəti təkcə open-source olmasında deyil. Məhz orda jabber-klient ilk dəfə yaxşı səviyyədə dəstəklənib. Sadəcə Tvitter ilk belə servis olduğuna görə (снять сливки) özünü tutuzdura bilib.Həm də onun gücü saytın özündən çox onun APİ-sindədir. Tvitteri hər yerə inteqrasiya etmək olur deyə o,belə populyar oldu. 
P.S. Tvitterdən frqli olaraq mikrokayzendə video,şəkil də qoymaq olur. Ona görə də,saytı yaradanlara təşəkkürlər!
Davamı →