Türk dünyasının sivilizasiyalararası əlaqələrdə rolu
Türk sivilizasiyası – Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Hazırda türk xalqları əlverişli-coğrafi mövqeyə malik olan Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar. Türklərin “Böyük çöl”də məskunlaşması onların həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıbyığılan alaçıq və yurtalardan istifadə edir, əsasən, heyvandarlıqla məşğul olmuşlar.
Davamı →