Peyğəmbərimizdən (s.a.v.) müalicələr

Əslində bu sözlərə diqqətlə fikir versək, xəstənin həmişə sağalabiləcək ruhda olması üçün ona xərçəngə və yaxud çarəsiz xəstəliyə tutulması haqda demək olmaz.

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xəstə insanlar üçün həmişə ümidverici sözlər söyləmişdir. Məsələn, “Allah dərmanını endirmədən dərdi endirməz”, “Ancaq bilən bilir, bilməyən bilməz” və yaxud “Allah bütün dərdlərə çarə vermişdir, sadəcə qocalmaqdan başqa”.
Davamı →

Ağ Şəmsəddindən mükəmməl resept

Ağ Şəmsəddin 1389-cu ildə Şamda doğulmuşdur. Artıq 7 yaşında Quran hafizi olan Ağ Şəmsəddin Osmanlı mədrəsələrində dərs almağa başlayır. Yüksək əxlaqa və zəkaya sahib bu insana o vaxtın məşhur alimlərindən olan Hacı Bayramın yanına getməsini məsləhət görürlər. Ankaraya Hacının yanına gələn Şəmsəddin onun yerini soruşur və cavab alır ki, odur sən deyən adam dükanlardan pul yığır. Şəmsəddin peşman olaraq ordan uzaqlaşıb Hələbə gedir və belə deyir: “Dükanlardan pul yığan adamdan müəllim olmaz”.

Yorğun halda Hələbə çatan Şəmsəddin dəhşətli bir yuxunun təsirindən oyanır və yenidən Ankaraya Hacı Bayramın yanına üz tutur. Yuxuda görür ki, Hələbə getmək istəyir, amma Hacı Bayram boğazına bir zəncir salıb boğa-boğa Ankaraya tərəf dartır, tam boğulacaqmış ki, yuxudan oyanır. Ankaraya çatan Şəmsəddin Hacı Bayramı tələbələri ilə yemək yeyən görür, amma Hacı Bayram heç Şəmsəddinin üzünə də baxmır.
Davamı →

Fransua Rable

Fransua Rable1494-cü ildə Şanonda əczaçı ailəsində doğulmuşdur. Hələ körpə ikən anasını itirən Rable monastıra verilir və 10 yaşınadək burada yaşamalı olur. Sonralar atasının təkidi ilə Fransiskan monastırına keçirilir və təhsilini orada davam etdirməli olur. Uşaqlıq və gənclik illəri Avropanın təzadlı və qaynar dövrünə təsadüf etdiyi üçün Rable bir çox elmi biliklər və sahələrdə özünü sınamalı olur.

Fransua Rable — böyük Avropa satiriki olmaqla bərabər pedaqoq, filoloq, arxeoloq və həm də təbib kimi özünü təsdiq edə bilmiş olur. Monastrda əsasən dini və fəlsəfi biliklərə yiyələnən Rable 25 yaşında Monpolye Universitetinin tibb fakültəsinə qəbul olunur. Burada o, Mişel de Nostradamusla tanış olur. Əsası 768-ci ildə qoyulmuş Dominikan monastırı nəzdində 1020-ci ildə yaranmış bu fakültə Avropanın ən prestijli tibb ocağı kimi tanınırdı. Artıq 1220-ci ildən bu tibb fakültəsi sərbəst Monpolye Universiteti kimi fəaliyyət göstərməyə başladı.

1530-1532-ci illər və 1537-39-cu illər Rablenin əvvəl tələbəlik, sonralar müəllim kimi çalışdığı illərə təsadüf edir. Belə ki, 1539-cu ildə tibb elmləri doktoru — professor dərəcəsi olan doktor Rable Notrdamda hospitalın baş həkimi və kardinal J.Dyu Bellenin şəxsi həkimi və baş məsləhətçisi olur. Praktik həkim kimi dəri-zöhrəvi xəstəliklərin müalicəsi və müayinəsinə üstünlük verən professor həm də elmi anatomiyanın pioneri hesab olunur.


Ardı →