Artıq tərləmənın səbəbləri

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.

Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir. Ağır fiziki işlər zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyudulur.

İnsan emosional sarsılma, stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stresə qarşı olan təbii reaksiyasıdır.

Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir. Lakin bəzi hallarda tərləmə patoloji xarakter daşımağa başlayır. İnsan fikir verir ki, o, hətta soyuq havada və sakit vəziyyətdə olduqda çox güclü şəkildə tərləyir. Bu hal «hiperqidroz» (lat. «hiper» — artırılmış, «hidro» — su) adlandırılır.

Bu hal müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu səbəbdən əgər insan birdən-birə güclü və səbəbsiz tərləməyə başlayıbsa, buna diqqət yetirmək lazımdır.
Ardı →

Çox tərləmə stressə səbəb olur

Çox tərləmə həyatı tətikləyəcək bir vəziyyət olmasa da ciddi qeyri-sağlamlıq halıdır.Bədənimizin ən çox tərləyən hissələri isə ilk növbədə bükülən hissələr (qoltuq altı,qasıq büküşü) ,daha sonra isə üz,əllər,ayaqlar və digərləri olmaqla sıralana bilər.
Ardı →

Tərləmə

Tərləmə bədən səthində yerləşən tər vəziləri tərəfindən duzlu mayenin ifrazına deyilir. Tərləmə orqanizmin normal fizioloji funksiyasıdır. Onun əsas vəzifəsi bədən səthini soyuq saxlamaq və hərarəti tənzimləməkdir. Bununla yanaşı tər vasitəsilə bədən şlaklardan təmizlənir. Tərləmə daha çox qoltuqda, pəncə və ovucda qeyd edilir. Tərləmə zamanı tərləmənin özündən çox narahatçılıq yaradan xoşagəlməz iyin olmasıdır. Tər özlüyündə iyisiz olsa da tərin bədən səthində olan bakteriyalarla qarşılıqlı təsirindən xoşagəlməz qoxu yarana bilir.


Ardı →