Uşaqlarda təşviş pozuntusu

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür rahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və narahat uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər.


Davamı →

Uşaqlarda saç kəsdirmə qorxusu

Saç kəsdirmək uşaqlarda spesefik bir fobiyadır.

Bəzi insanların saç kəsdirmək kimi qorxuları  əvvəlki təcrübədən qaynaqlanır. Daha doğrusu bu qorxu  pis bir tərcübə ilə bağlı olur və nəticədə fobiya halna gələ bilir.  Uşaqları məcburi şəkildə stola otuzdurub ağlaya-ağlaya saçlarını kəsdirmək çox yalnış bir hərəkətdir. Çünki uşaqlar bu zaman saç kəsdirmək prosesinə daha çox nifrət edir. Ümumiyyətlə uşaqları nəyəsə məcbur etmək və hansısa işi zorla gördürmək olmaz.

Xüsusilə də ilk dəfə saç kəsdirən uşaqlara qarşı ehtiyatlı davranmaq lazımdır.  Saç kəsən alətlər uşaqları qorxuda və ağlamağa məcbur edə bilər. Həmin alətləri gördükdə uşaqlar qəribə bir sıxıntı keçirir. Valideynlərin “Qorxma heç nə olmayacaq və incitməyəcək" deməsi onları daha da təşvişə salır. 
Ardı →