Uşaqlarda boy artımına səbəb olan amillər

Boy fiziki inkişafın ən vacib göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər kəsin arzusudur.
Həkimlərin dediyinə görə, boy problemi uşaq yaşlarından başlayaraq özünü göstərməyə başlayır. Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək, mütəmadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda, orqanizmdə hormon çatışmazlığı da fiziki inkişafa mane olan amillərdəndir. Həkimlərin dediyinə görə, boy artımının ləngiməsi 2-5 yaşarası aşkar edilir, ona görə valideynlər uşaqları mütəmadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidirlər.

Davamı →

Körpənin boy və çəki artımları

Yeni doğulan uşaq, 3-4 gün içində  normal şərtlərdə doğum kilosunun 10%-i qədər kilo alır. 28 günlük ilə 12 ay arası olan süd uşaqlığı dövründə, inkişaf və böyümə çox sürətlidir. Doğum çəkisi ümumiyyətlə 2 kilo 500 qram ilə 5 kilo arasındadır. Qız uşaqları oğlan uşaqlarına görə daha aşağı kilolu olurlar.

Davamı →