Nitqin düzgün inkişafı

Valideynlər uşağa  hər zaman diqqət yetirməlidir. Xüsusilə  -  analar  bətnində uşağı hiss etdiyi  ilk  andan onu tərbiyə etməli və ünsiyyətdə olmalıdır. Uşaq  ata – ana məhəbbətini hiss etməlidir.  Ana bətnində uşaqla  düzgün ünsiyyət qurmaq  gələcəkdə uşağın  tez  danışmasına  kömək edir. Uşaq dünyaya  gəldikdən  sonra da diqqət azalmamalıdır. Ana ilə bərabər atanın da üzərinə  böyük  məsuliyyət  düşür. Bundan əlavə  ata  uşaqla   müxtəlif  oyunlar oynamalıdır. Belə oyunlar  gələcəkdə  uşağın  intellektual səviyyəsini yüksəldir. Bildiyimiz  kimi ailə kiçik bir  dövlətdir. Və bu dövləti qurmaq üçün  ata – ana  uşaqlarını  düzgün  tərbiyə və düzgün  nitqinin  inkişafı üçün əlindən  gələni  əsirgəməməlidir.
Davamı →