Uşaqlarda təmizlik tərbiyəsi

Tərbiyə hər yaşda var, 7-də, 70-də də. Başqasını tərbiyə etmək, özünü tərbiyə etməkdən başlayır. Özünü tərbiyə edə bilməyənin verdiyi tərbiyə əksər hallarda uğursuz olur. Tərbiyə səhvdən qaçmaqdır, doğruya yönəlməkdir, özü ilə mübarizədi ,təmizlənməkdir, arınmaqdır, saflaşmaqdır,gözəlləşməkdir...

Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən, ancaq bir məsələ də var ki, hər uşağın imkanları və potensialları eyni olmur.

Təmizlik iki müstəvidə olur: maddi və mənəvi. Hər biri də ciddi tərbiyə tələb edir. Əl-üzümüzü, üst-başımızı su ilə, sabunla təmiz yuduğumuz kimi, mənəvi dünyamızı da səmimi etirafla, üzrxahlıqla ,tövbə ilə təmizləyə bilərik. Özümüzdən başlamalıyıq ki, başqalarını da tərbiyə edə bilək.

Başlayaq mənəvi təmizlikdən. Əgər bir ailədə valideyinlər uşaqları eşidə-eşidə qonşunun arxasınca danışırlarsa, sonra da həmin qonşu ilə rastlaşanda üzlərinə səmimiyyət maskası taxaraq şirin-şirin söhbət edirlərsə, onların verildiyi tərbiyənin heç bir təsiri olmayacaq. Hələ bəlkə həmin uşaq valideynin o qədər də səmimi olmadığını düşünəcək.

Əsl tərbiyə sözlə olmur, gözlə olur. Yəni, uşaq etdiyinə yox, gördüyünə inanır. Eşitdiyindən daha çox gördüyündən dərs alır. Etiraf üzrxahlıq mədəniyyəti tərbiyədə çox mühümdür. Səmimi insan öz səhvi üçün uşağından üzr istəməkdən çəkinməz. Bu qarşı tərəfi tərbiyə etməyin ən gözəl yoludur. Üzr istəmək əskiklik deyil, təmizlənməkdir, dürüstlükdür, böyüklükdür.
Ardı →