Ulduz falı

Fransız bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara diqqət edə bilən təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil.

Davamı →

Enerjisi bitən ulduzlar | Qara dəliklər

Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır. Enerjisi bitən ulduzların işıqları da yox olur. Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.

  • Ulduzlar bir an içində qara dəliyə çevrilə bilər.
  • Qara dəliklər “qara”dırlar.  Gözlə görmək mümkün deyil.
  • Cəzbetmə qüvvələri böyük olduğundan işığı həbs etdikləri üçün onları ən müasir teleskoplarla belə görmək mümkün deyil.
  • Günəşin təxminən 3 misli olan qara dəliklərin diametri bir neçə kilometrdir.

Ardı →