Tarazlıq pozulanda

ailəBəzi ata-analar övladları ilə olan münasibətlərinin “ideal” olduğunu düşünürlər. Bəlkə də bunu həmin valideynlərə görə normal saymaq olar. Bəs uşağa görə necə, normal saymaq olarmı? Təbii ki, bu məsələni bir qədər ciddi-ciddi, dərindən düşünmək lazımdır.

Uşaq üçün əsas məsələ atanı “ata” kimi, ananı isə “ana” kimi görməkdir. Təbii ailə modelində ana “şəfqəti”, ata isə “nüfuzu” təmsil etməlidir. Ancaq bəzən ata-anaların ailə daxilindəki bu rolları dəyişir və bu da ailədə, necə deyərlər, tarazlığın pozulmasına səbəb olur.
Ata ailədə “nüfuzu” təmsil etsə də, bu “nüfuz” məcburi şəkildə olmamalıdır. Başqa sözlə, bu “nüfuz” ataya ailə tərəfindən könüllü şəkildə verilməlidir. Məcburi şəkildə əldə edilən “nüfuz” ailə daxilində tarazlığın pozulması deməkdir. Digər tərəfdən, bu “nüfuz” zorakılıq kimi də qəbul edilməməlidir.
Ana isə ailə daxilində “şəfqətin” təmsilçisidir. Ancaq təəssüf ki, bəzi hallarda ananın bu rolda çıxış etməsi passivlik kimi qiymətləndirilir. Bu isə ananın bu rolunu yerinə yetirməsində psixoloji maneəyə (ya da maneələrə) səbəb olur. Beləliklə, ana “şəfqət”ə deyil, “nüfuz” roluna üstünlük verir. Nəticə etibarilə bu proses zaman keçdikcə ailədə tarazlığın pozulmasına səbəb olur. Buna görə də istər ata, istərsə də ana, nə olursa olsun öz rolundan kənara çıxmamalıdır. Çünki uşaqların ata kimi atalara, ana kimi analara ehtiyacları var.


Davamı →

Tərbiyənin iki forması

«Uşaq kimdi ki, sözümdən çıxsın, nə vaxt böyüyər onda baxarıq», «Uşaq ananı idarə edir, belə tərbiyə olar?», «Uşağa sözü bir dəfə deyərlər, on dəfə yox», «Uşaq ananı saymır, böyüyəndə heç adam yerinə qoymayaca, bunun axırı  nə olacaq?» və s bu tipli məzzəmətli sözlərlə qarşılaşmamış olmazsınız.
Lakin əslində bunun bir səbəbi var. Hər kəs uşaqlıqda necə tərbiyə olunubsa , gələcəkdə  öz uşaqlarını elə də tərbiyə edir. Əgər uşaqlıqda döyülə -döyülə tərbiyə alıbsa, başqa metod bilmədiyi üçün, təbii ki, elə bu üsula da müraciət edəcək. Yox, əksinə sevgi ilə tərbiyə alıbsa, balasını məhəbbətlə böyüdəcək. Meydana sual çıxır — Deməli, balasını döyürsə sevmir, bəyəm? Əlbəttə, yox, hər valideyn körpəsini sevir, onun yolunda hər şeyə hazırdı, Hər kəs balası üçün çalışır, onlar üçün yaşayır.


Ardı →

Uşağın tərsliyini necə aradan qaldırmalı

Sizdə elə olubmu ki, uşağı nəyəsə ( geyinməyə, tökdüyü oyuncaqları yığışdırmağa və s .) məcbur etmisiniz, lakin görmüsünüz ki, bu əbəsdir, uşaq tərslik edir və siz onu cəzalandırmısınız, sonra özünüzü günahkar hiss etmisiniz? Nə vaxtsa olub ki, siz özünüzə söz vermisiniz ki, bütün işlərimi atacam, ancaq uşağımla məşğul olacam, mənə əziz olan insanlarla vaxt keçirəcəm, özümü bütünlüklə onlara həsr edəcəm. Lakin böyük təəssüf hissi ilə anlamısınız ki, bu mümkün deyil.


Ardı →

Uşaq tərbiyəsi

Uşaq necə tərbiyə olunmalıdır ?
Uşaq, ana-ata əlində bir əmanətdir. Uşaqların təmiz ürəkləri qiymətli bir cövhər olub, şam kimi, hər şəkli ala bilər. Kiçik ikən, heç bir şəklə girməmişdir. Təmiz bir torpaq kimidir. Təmiz torpağa hansı toxum əkilsə, onun məhsulu alınar. Onun üçün Ağac bar verəndə başın aşağı əyər deyiblər. Bunun kimi uşaq da neyə meyl etdirilsə, oraya yönələr. Əgər xeyiri adət edər, öyrənsə xeyr üzərinə böyüyər. Uşaqlara iman, Quran və Allah təalanın əmrləri öyrədilər və etməyə alışdırılsa, din və dünya səadətinə çatarlar. Bu səadətə ana-ata və müəllimləri də ortaq olar. Əgər bunlar öyrədilməz və alışdırılmaz isə, bədbəxt olarlar. Edəcəkləri hər pisliyin günahı, ana-ata və müəlliminə də verilər.
Davamı →