Saçlar üçün xardal maskası

Bu gün təqdim edəcəyimiz xardallı maska saç tökülməsinin qarşısını alınmasında, yeni saçların bitməsində ən effektiv maskalardan biridir, belə ki, xardal saç bitirmə və tökülmənin qarşısını alan mükəmməl vasitədir.

Tərkibi:
2 xörək qaşığı xardal tozu
2 xörək qaşığı qaynar su
1 yumurta sarısı
2 xörək qaşığı zeytun yağı (istənilən digər bitki yağı da ola bilər)
2 çay qaşığı şəkər tozu (unutmayın, şəkər tozu nə qədər çox olsa xardalın yandırma xüsusiyyəti daha çox olacaq, ona görə doza ilə ehtiyatlı olun)
Davamı →

Saç uzadan maska

Ərzaqlar:
2 yemək qaşığı toz xardal
1 yemək qaşığı şəkər
1 yumurta sarısı
60 ml isti su
2 yemək qaşığı zeytun yağı

Hazırlanması:
Bütün ərzaqları qarışdırıb qarışığı bir fırça yardımı ilə saç diblərinə yedirin. 40 dəqiqə gözlədikdən sonra saçları yaxalayın. Maska ancaq saç diblərinə çəkilir. Həftədə 1 dəfə çəkilmək şərti ilə, 14 həftə davam etdirilməldir.

Qeyd: Maska çəkildiyi zaman baş dəriniz sanki yanırmış kimi hiss edəcəksiniz. Bu zaman təşvişə düşməyin və normal qarşılayın. Çünki xardal başınızdakı qanı hərəkət gətirib qan dövranını süərtləndirir, saçları isə qısa müddət ərzində uzadır.
Davamı →