Özünüzdə xarizmanı necə inkişaf etdirə bilərsiniz?

Menecment üzrə mütəxəssis Piter Druker, liderin xarizması haqda çox da düşünməmişdi. Buna baxmayaraq, 1992-ci ildə çıxan “Gələcəyin menecmenti” kitabında o, iri bankların birində “Xarizmanı necə əldə etmək olar” adlı seminarından bəhs edir.
“Tarixdə XX əsrin Stalin, Hitler və Maonun daxil olduğu üçlükdən daha xarizmalı kimsə olmamışdı. Bu liderlər bəşəriyyətə o qədər əzab verdilər ki, – Druker hirslə deyir. – Ancaq effektiv rəhbərlik xarizmaya bağlı deyil. Duayt Eyzenhauer, Corc Marşall və Harri Trumen olduqca güclü liderlərdən biri olublar”.

Davamı →

Xarizmatik insanların 5 əlaməti

Həyatda bir sıra insanlar var ki, onlarda ətrafdakıları səbəbi olmadan cazibə, maqnit kimi çəkmə gücü olur və diqqət mərkəzində olmağı bacarırlar. Belə insanlar xarizmalı olurlar və hər zaman lider olmağı bacrırlar.

Bu cür xarizmaya sahib insanların həyatları da hər zaman digərləri ilə müqayisədə daha rahat və şən olur. Onlar istənilən problem və çətinliyi rahatlıqla çözməyi bacarırlar.

Xarizma – bu keyfiyyəti izah etmək bir az qeyri – mümkündür.Çünki, həm görünüş, həm danışıq, həm də hətta yeriş ilə də xarakterizə oluna bilər. Bu keyfiyyət deyirlər ki, doğumdan insan ilə gəlir. Lakin, psixoloqların araşdırmasına görə istənilən şəxs bu keyfiyyətləri özündə inkişaf etdirməklə xarizmatik şəxsə çevrilə bilər. Beləliklə, xarizmatik insanların əsas vərdiş və əlamətləri ilə sizi də tanış edirik.
Davamı →