Uşaqlarda xaya problemləri

Kriptorxizm nədir? Uşaq ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə böyrəklər səviyyəsində, bel nahiyyəsində qoyulur. Bətndaxili inkişafda xaya xayalığa doğru enməyə başlayır, 8 – 9 – cu aylarda xayalığa enir. Uşaq doğularkən hər iki xaya xayalıqda olmalıdır. Bəzən uşaq doğularkən xaya xayalığın dibindən nisbətən yuxarıda qalır ( xayalığın yuxarı qütbü səviyyəsində ). Belə halda tam enməmiş olmasına baxmayaraq doğulduqdan bir neçə ay sonra, təqribən 6 aya özbaşına ( müalicəsiz ) xayalığın dibinə enir. Bu prosesə xayanın transpozisiyası və ya yerdəyişməsi deyilir. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur və xaya enməli olduğu yolun hər hansı bir hissəsində ( qarın, qasıq kanalı daxilində və.s ) qalır xayalığa qədər enmir.
Davamı →