7 günə necə xoşbəxt olmaq olar?

Pis əhval-ruhiyyənin öhdəsindən təqribən bir neçə dəqiqə ərzində gəlmək olar. Bunun üçün xüsusi fəndlər var. Elmi cəhətdən təsiri sübut olunan emosional vəziyyəti yaxşılaşdırmağın bir neçə yolununu sizə təqdim edirik.
Gündəlik rutinlər bizdə tez-tez ümidsizlik və özünə mərhəmət hissi yaradır. Lakin taleyin bütün zərbələrinə laqeyd yanaşan insanlar var ki, hətta işləri yolunda getməyən zaman belə onlar pozitiv olurlar. Mery Poppins kimi.

Davamı →

Xoşbəxtlik üçün

İnsanlar ən çox nəyə görə və nə zaman peşman olur? «Quora” saytı bunu araşdırıb. Belə ki, 50 yaşlı insanlar arasında aparılan araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:
  • Siqaret çəkməyin. „Siz indi məni görəydiniz kaş… imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!” — siqaret istifadəçilərdən biri belə deyir.Bəlkə, tərgidəsiniz?
  • Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.

Davamı →

Vacib qərarları xoşbəxt olanda verin

Vacib qərarlarınızı xoşbəxt olduğunuz zamanlarda verin. Xoşbəxt olmadığınız zamanlarda sadəcə əlinizdə olduğunu, xoşbəxt olduğunuz zamanlarda isə gələcəklə bağlı planlarınızı qurun.

Çikaqo Univertsitetinin Psixoloqu Aparna Labroo və Georgia Universitetinin psixoloqu Vanessa Patricky, apardıqları bir araşdırmada insanların mövcud olduğu vəziyyətin onların qərarlarına necə təsirt etdiyini açıqlayıb. 

Əhval-ruhiyyə  — Psixoloq Labroo və Patrick, kollec tələbələri üzərində yaxşı və pis əhvalın onların qərarlarına necə təsir etdiyini və baxışlarının nə olduğunu araşdırıb. İlk öncə onlara 10 ədəd iş siyahısı verilib. Siyahıda işlərin yanına gülüş və qəmgin işarə qoymaları istənilib. Həmin işarələrə görə onları qruplara ayırıblar. Onları xoşbəxt edən və qəmgin edən işlər verilib.

Daha sonra imtahanın niyə lazım olduğu və həyatlarına necə təsir edəcəyini soruşulub. Xoşbəxt insanlar imtahanın gələcək karyeraları üçün lazım olduğunu, digər qrup isə bunun nəyə lazım olduğunu deyib.
Ardı →