Xurma sirkəsi necə hazırlanır və faydası nədir?

Xurmadan hazırlanan xurma sirkəsi, özünə məxsus yüngül dada və qoxuya sahibdir. Alma və üzüm sirkəsi ilə müqayisədə daha şirin olan xurma sirkəsi, Ərəb və Orta Şərq ölkələrində məşhurdur. Dini mənbələrdə də sözü gedən xurma sirkəsi, xalq arasında şəfalı xüsusiyyətləri ilə önə çıxır.

Xurma sirkəsi necə istifadə edilir?


Davamı →

Xurma ilə cavanlığınızı qorumağın sirləri

İnsan yaşa dolduqca onun orqanizmində zədələnmiş hüceyrərin sayı artır.
Cavan orqanizm belə hüceyrələrdən daha tez azad olur, yaşlaşdıqca isə bu funksiya zəifləyir və zədələnmiş hüceyrələr artımağa başlayır.
Zədələnmiş hüceyrələr orqanizmdə iltihabın səviyyəsini qaldırır, toxumaların vəziyyətini pisləşdirir, onkoloji xəstəliklərin riskini artırır.
Davamı →

Xurmanın 10 mühüm faydası

Adı müqəddəs Quranda dəfələrlə çəkilən xurma olduqca faydalı, diyetik və müalicəvi məhsuldur.
Xurmanın kimyəvi tərkibi çox zəngindir. Burada müxtəlif vitaminlər (B qrupu, A, C), minerallar (ən əsas 15 mineral — kalium, kalsium, fosfor, mis, sink, maqnezium, dəmir və s.), həll olunmayan qidalı liflər, aminturşuları, pektinlər və s.

Tərkibində eyni zamanda bu qədər əvəzolunmaz maddə olan az məhsul tapmaq olar.
Davamı →

Hər gün 1 xurma yemək üçün 7 səbəb

Xurmanın faydaları insanlara qədım zamanlardan məlumdur. Xurma əsl vitamin və minerallar anbarıdır. Zəngin kimyəvi tərkib xurmanı bir çox orqan və sistemlər üçün faydalı edir. Xurmanın faydaları arasında:

1. Kalium, maqnezium və dəmirlə zəngin olan xurma ürək-damar və qan sistemi üçün çox faydalıdır — ürəyi möhkəmləndirir, damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafının qarşısını alır, qanın tərkibini yaxşılaşdırır.

2. Xurma yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan mineraldır. Bu mineralın orqanizmdə çatışmazlığı müxtəlif qalxanvari vəzi xəstəliklərinə səbəb olur.
Davamı →

Xurmanın faydaları

  • Flora

faydalı xurmaXurmanın vətəni Çindir. XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır.

Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod  kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.

Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.


Ardı →

Xurma

  • Flora
Xurmanın tərkibində kalsium, maqnezium, natrium, dəmir, kalium, kükürd, xlor və fosfor mineralları, xurmahəmçinin A, C və B qrupu vitaminləri var. Gündə 2 ədəd xurma yeməklə həzm probleminin, zəifliyin, iştahasızlığın, ürək ağrılarının, ürəkbulanmanın və hətta xərçəng başda olmaqla, bir çox xəstəliklərin qarşısını almaq olar.

Xurma körpə və uşaqlarda sağlam böyüməni, inkişafı təmin edir. Tərkibində oksitosin hormonuna bənzəyən maddə olduğundan ana südünün miqdarını artırır, gözlərin sağlamlığı üçün əhəmiyyətli olan beta-karotenlə zəngindir. 1 stəkan suya 2 ədəd xurma əlavə edib, bir gecə saxladıqdan sonra acqarına yedikdə qəbizliyi aradan qaldırır. Kalori və qida dəyəri yüksək olan xurmanın 60 faizi şəkərdir. Xurma bədəndəki toksik maddələrin xaric edilməsini sürətləndirir, acqarına yedikdə bağırsaq parazitlərini öldürür.
Davamı →