Həmsöhbətin yalan danışdığına dair işarələr

Niyə insanlar yalan danışırlar? Bəli, əlbəttə ki, hər zaman həqiqəti danışmağa çalışan insanlar var.
Bununla belə, yalanı adi bir şey, həyatının bir hissəsi kimi qəbul edənlər də var.
Yalançı ümid edir ki, heç kim onu yaxalaya bilməyəcək. Lakin bəzi işarələr insanın yalan danışdığını ələ verə bilər.
Insan kimisə aldatmaq istəyəndə cavabını əvvəlcədən düşünür. Həmsöhbətinizin müəmmalı cavabından sonra eyni sualı fərqli formada verin. Yalançı əvvəlki cavabını bir daha təkrarlayacaq.

Davamı →

Nə zaman yalan danışmaq olar?

Yalan – kəbirə günahlardan hesab olunur.
İslama görə doğru danışmaq – insanın ən mühüm vəzifələrindən və dinin əsil hədəflərindəndir.İmam Sadiq (ə) buyurur: “İnsanların səcdə və rükularının uzun olmasına baxmayın. Çünki mümkündür ki, onlar tərəfindən adət olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Lakin doğru danışmaqlarına, əmanətdar olmaqlarına diqqət edin”.
Davamı →

Yalanın gətirdiyi ictimai ziyanlar

Yalanın ziyanları müxtəlif olur, o cümlədən yalan, ictimai ziyanlar vura bilir. Yalanın vurduğu ictimai ziyanlarla tanış olaq:
1. Rüsvayçılıq. Yalanın vurduğu ən böyük ziyan – rüsvayçılıqdır və yalançı insan, cəmiyyətdə etdiyi bu əməlinə görə bir neçə və ya çox sayda insanın gözündən düşər və rüsvay olar. Yalançı insan hər nə qədər məharətli olsa və yalanını gizlətsə də, gec və ya tez bu yalan aşkar olacaq və sahibini xar edəcəkdir.

Davamı →

İki yalançı (Lətifə)

Bir gün iki yalançı görüşür. Biri obirinə deyir:
— O gün evə getdim. Girdim qonaq otağına gördüm stolulun üstündə hər şey var. Ürəyin nə istəsə. Bircə holland pendiri yoxdu. Nətər əsəbləşdimsə, oturdum təyyarəyə düz Hollandiyaya pendir almağa.
Ardı →