Bluetooth

Bluetooth“Bluetooth”  sözünün hərfi mənası — mavi diş deməkdir. Bəs bunun telefon və kompüterə nə aidiyyatı var?

Bu ad 930-986-cı illərdə yaşamış Danimarka kralının adına söykənmişdir.

  Kral Harald Bluetooth skandinav ölkələrini birləşdirmək uğrunda çalışırdı. 958-ci ildə taxta çıxan Herald 976-cı ildə vuruşaraq Norveçı öz tərkibinə qatır. Bununla Herald Bluetooth iki dövlətin kralı olur, Norveç və Danimarka. Heraldın daxili, xarici və birləşdirmə siyasəti dünyada məşhurdur.

  «Bluetooth» ləqəbinin yaranmasına iki səbəb var. Birincisi — kralın dişləri doğurdan da patoloji rəngdə idi, yəni mavi rəngdə. İkincisi — bu adı ona vikinglər qarabuğdayı və tünd saçlı olduğuna görə vermişlər.

Vikinglərin dilində kralın ləqəbidir. Lakin  o tarixdə dişinin rəngiylə yox, başqa xüsusiyyəti ilə iz qoyub.


Ardı →

Yelpiyin tarixcəsi

yelpikYelpik qədim tarixə malik bir əşyadır. Onun yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Onlardan biri  imperatriça Von Vanla bağlıdır.

  3 min il bundan əvvəl qızmar,isti və bürkülü yay günlərinin birində imperatriça sarayın bağında istirahət edirdi. Hava dəhşət bürkü idi, külək belə əsmirdi. İmperatriça yalnız bağdakı fəvvarədən çıxan sərin su ilə rahatlıq tapır və əlindəki böyük yaşıl yarpaqla özünü sərinlədirdi. Onun üzündə xəfif bir təbəssüm var idi, öz ideyasından olduqca məmnun görünürdü. Bu kiçik, lakin eyni zamanda dahiyanə ideya sonradan qədim adətlər tarixində uzun bir yol keçir. Çin rəvayətinə görə, yelpiyin tarixi belə başladı.


Ardı →