Sabir Əhmədli - Ağrılarına sığınıb yaşayan yazıçı

Sabir Əhmədli Azərbaycan nəsrinin yeni meyarlarla qurulmasında, fərdi bədii ədaları ilə onun üslub, tipaj, problem və düşüncə yeniliyi səviyyəsində yenilənməsində əvəzsiz rolu olan yazıçılarımızdandır. Milli düşüncənin ən həssas məqamlarına toxunmaqda, cəmiyyətin yaralarını bədii təcəssümün predmeti etməkdə xüsusi yerə və dəyərə malikdir.
1960-cı illərdən başlayaraq nəsrdə güclənən bir çox əlamətlər bir neçə yazıçının yaradıcılığında daha sərt boyalarla təzahür etdi ki, onlardan biri də Sabir Əhmədli idi.

Davamı →