Lev Tolstoy:Məni müsəlman hesab edin

Lev Tolstoy: «Xahiş edirəm məni… müsəlman hesab edəsiniz»! Dahi ruz yazıçısı, ruz ədəbiyyatına və tarixinə böyük töhfələr verən mütəfəkkir, Lev Nikolayoviç Tolstoy 1828-1910-cu illərdə yaşamışdır. O bizə daha çox yazıçı kimi tanışdır. Onun fəlsəfi düşüncələri, Allah, ruh, bilik, məhəbbət, həyatın mənası və s. haqqında təsəvvürlərini əks etdirən elmi əsərləri isə nisbətən az məlumdur. Həyatın mənasının, mənəvi idealın, varlığın gizli umumi qanuna uyğunluqlarının əzablı axtarışları, mənəviyyatın və sosiyal durumun fəlsəfi tənqidi onun bütün yaradıcılığından keçir. 1870-ci ildən başlayaraq, o, ölüm qorxusu, günah, tövbə və mənəvi dirçəli. Mövzularına çox fikir verir. Onun tamamilə qeyri-adi təfəkkürü çox hallarda rus cəmiyyətinə aydın deyildi.
Ardı →

Migel de Servantes

Həyatı


29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir.1569-cu ildə Servantes İtaliyaya köçmüşdür. 1575-ci ildə quldurlar tərəfindən əsir alınmışdır. Sonralar o Madridə qayıtmışdır.Onun Kastiliyanı tərk etmə səbəbləri naməlumdur. Görkəmli ədib Madriddə vəfat etmişdir.


Yaradıcılığı


1585-ci ildə Servantes «Qalateya» adlı pastoral roman, 1605-ci ildə «Don Kixot»un birinci hissəsini sonralar müxtəlif hekayələrini: «Qaraçı qız», «Qan gücü», «Ledi Korneliyanın romanı», "İtlərin söhbəti", 1615-ci ildə isə «Don Kixot»un ikinci hissəsini yazmışdır.«Don Kixot» Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yeri tutur.Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olmuşdu.


Davamı →

Aleksandr Düma-350 qadın və 647 kitab

Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi
Paris ətrafında iri torpaq sahəsində  «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı.


Ardı →

Rey Bredberi

Rey Duqlas Bredberi 20-ci əsrin ən fantastik və fantast yazıçısı...  Əfsanə və reallıq astanasında olan bir həyat… Əsərlərini oxuyanlar «ağlasığmazdır!», «mümkünsüzdür!» deyirlər.
Əcdadları 1630-cu ildən Amerikaya köçdüyündən onu köklü amerikalı saymaq olar. Anası isveçli olduğu üçün özünü vikinqlərin nəslindən də saya bilərdi. Anasıyla daha yaxın olan Rey atasının onu özündən uzaq saxlamasından narahat olurdu. Sonralar, böyüyəndən və atasıyla münasibətini səliqəyə salandan sonra «Melanxoliyaya qarşı dərman» əsərinin girişində «Mənim atama ithaf edilir. Onun bir qədər gecikmiş sevgisi məni çox təəccübləndirmişdi» yazmışdı.


Ardı →

Aqata Kristi

Kəskin süjetli janrın ustaları çoxdır, amma Aqata Kristi, bu sadə ingilis qadın detektivin yeganə kraliçası sayılır. Aqata Kristinin romanlarını tanıyanlar Britaniya muzeyinin qarşısında 1920-ci ilin tünd göy rəngli vaqonunu görsələr təəcüblənməzlər. Bu yazıçının ən məşhur romanlarında təsvir edilmiş «Mavi ekspress»dən biridir. Bu vaqona daxil olub romanın qəhrəmanları 12 nəfərin yaşadığı şəraiti görmək olar. Bu Aqata Kristinin ölümünün 25 illiyinə hazırlanmış xüsusi ekspozisiyadır. Sərgi yazıçının arxeoloji fəaliyyətinə həsr edilib. Əlbəttə, Kristinin arxeoloqluğu romanlarının uğuruylu bərabər tutula bilməz. Yəqin arxeoloq və detektiv peşələri arasında əlaqə çox böyükdür.
Davamı →

Gi de Mopassan

Mopassanın gəncliyinin şahidləri olan Zolya, ya da Floberə desəydilər ki, onun kitabları sevgidən yazılan romanlardan ən yaxşıları sayılacaq, onlar buna xeyli gülərdilər. Çünki möhkəm bədənli, valeh edici bığları olan unter zabit Mopassan qədər romantik sevgiyə nifrət edən çətin tapılardı. Seçməli olsaydı böyük hərflərlə yazılacaq sevgini o, böyük məmnuniyyətlə kobud, cismani sevgiyə düşünsmədən qurban verərdi. O, qadını «şüursuz və təbii şəkildə bədənini ikrah duymadan bağışlayan əbədi fahişə» hesab edirdi. Lev Tolstoyun fikrinə görə «Mopassan kimi qadını həyatın mənası hesab edən, yaşamın mənasını sevgidə görən ikinci yazıçı çətin tapıla. Amma onun kimi həyatın ən gözəl, ali tərəflərini təsvirində ən dəhşətli və eybəcərliklərini bu qədər aydın və dəqiq təsvir etmiş ikinci yazıçı olsun».
Davamı →