Yeni il hədiyyəsi almaq üçün nə edək? 2019-un seçimləri

Dekabr ayının əvvəlindən hamını bir sual düşündürür: yeni il hədiyyəsi üçün nə seçməli?
Sual cavabını tapmaq həm çətindir, həm də asan. Gərək elə bir hədiyyə alasan ki, o universal olsun, mənfi emosiya yaratmasın və insan ona baxan kimi dərhal sevinsin.
Məsələn, bir evdar qadına siz blender yaxud qazan dəsti almaq mümkündür. Amma, bir məsələ var. Hədiyyə nə qədər həmin xanıma faydalı, mətbəxi üçün çox gərəkli əşya olsa da, ona baxanda ilk anda pozitiv enerji tez yaranmır.
Gərək hədiyyə elə olsun ki, o dərhal, anındaca xoş emosiyalar oyatsın. Loru dildə desək, “bezotkaznı” variant lazımdır.
Davamı →

Yeni ilin atributları

21 dekabr ilin ən qısa gündüzü və ən uzun gecəsinin olduğu bir gündür və 21 dekabrda astronomik olaraq qış fəsli gəlmiş olur. Dünyanın əksər xalqları Dünya Ağacının rəmzi kimi həmişə yaşıl olan, ölməyən şam ağacı bəzəyir. Şam ağacını, yəni Dünya Ağacının simvolu olaraq bəzəmək ilin məhsuldar gəlməsini arzu, niyyət etmək deməkdir.

Məhz Azərbaycanda bitən şam ağacı “El”dar şamıdır. Maraqlıdır ki, rus dilində şam ağacı “ель”, yeni ildə bəzədilmiş şam ağacı isə “елка” adlanır.

Qədim German xalqları həmin günü Yol bayramı adlandırırdılar. Yol bayramında şam ağacı kötüyü şəklində rulet bişirib üzərini şam yarpaqları, şam qozası görkəmində olan şokoladla bəzəyirlər və çox zaman isə üç ədəd şam yandırırlar. Bu paqan bayramı sonralar Kristmas ilə əvəz olundu.
Davamı →