Özünüzü yorğun hiss edirsiniz?

Yetərincə dincəldiyiniz halda hələ də özünüzü yorğun hiss edirsinizsə, bu ciddi xəstəliklərdən xəbər verir. Bu problemlər arasında tiroid xəstəliyi, 2-ci tip diabet və yuxu apnesi ola bilər. İnsanların orta hesabla 40 faizi həftənin bir çox günlərində özlərini bitkin, yorğun və tükənmiş hiss edirlər. Araşdırmalar yetişkinlərin 3-də birinin yetərincə yatmadığını göstərir ki, bu da çətin yaşam tərzinə bağlı ola bilər.

Davamı →

Yorğunluğun dərmanı nədir?

Bir çoxumuz həddən artıq işləyir və bu, tükənmə, sağlamlıq ilə bağlı problemlər, pis vərdişlər, depressiya və bədbəxtçilik kimi mənfi nəticələrə gətirib çıxarır.
Fiziki və zehni yorğunluğun əsas səbəbləri aşağıdakılardır:
  • Vəzifəniz yüksəkdir və məsul olduğunuz öhdəliklər çoxdur, qrafikinizə nəzarət edə bilmirsiniz;
  • Bir neçə işdə işləmək məcburiyyətindəsiniz və bunu dəyişdirə bilmirsiniz;
  • Özünüzü həddindən artıq çox yükləyirsiniz və siz sanki həmişə işdə olursunuz;
Siz hər zaman onlayn rejimində olursunuz, bütün zəng və mesajlara dərhal cavab verirsiniz, hər zaman stressdəsiniz.

Davamı →

Xroniki yorğunluğu yox edən qidalar və vasitələr

Özünüzü davamlı olaraq yorğun hiss edir, başınızı qoymağa bir yer axtarırsınızsa xroniki yorğunluq sindromundan əziyyət çəkirsiniz. Qış mövsümündə bahar yorğunluğu kimi tanınan bu kefsiz haldan siz də xilas ola bilmirsinzisə, deməli, qidalanmada ciddi səhvlərə yol verirsiniz. Mütəxəssislər bu yorğunluq vəziyyətinin qeyri-kafi qidalanmadan və ya səhv tətbiq olunan pəhrizlərdən qaynaqlandığını bildirir.
Günün birinci yarısı şirniyyat məhsulları yeyir daha sonra çox tez yorulduğumuzdan şikayət edirik. Əgər gün ərzində özünüzü şux, gümrah hiss etmək istəyirsinizsə, günə yorğunluq yaradan qəhvə, şirniyyatla başlamayın.
Davamı →

Yorğun hiss etməyimizin 12 əsas səbəbi

Bəzilərimiz yorğunluğumuzu mövsümi dəyişiliklərlə, bəzilərimiz isə gərgin iş, qaçhaqaçlı şəhər həyatı ilə əlaqələndiririk. Amma bu halın başqa səbəbləri var. Siz də hər səhər yorğun oyanırsınız?

Dehidrasyon: Orqanizminizin düzgün işləməsi üçün suya ehtiyacınız var. Əgər gündə 8 stəkan su içmirsinizsə, nəticədə əhvalınız pisləşir və hərəkətiniz yavaşlayır.

Həddən artıq suya məruz qalmaq: Yatmazdan əvvəl duşa girmək yuxunuza mane ola bilər. Yaxşı olar ki, bu prosesi gün ərzində edəsiniz.
Davamı →