Dikdaban ayaqqabıların 10 zərəri

Dikdaban ayaqqabı çox vaxt narahat və istifadəsi çətin olsa da, qadınların əvəzolunmaz geyim məhsuludur. Bir çox qadın gözəl görünmək üçün dikdaban ayaqqabı geyinir.

Qadınlar dikdaban ayaqqabılarla daha inamlı və cəsarətli olurlar. Ddikdaban ayaqqabılar təkcə qadınların ayaqlarında deyil, həm də bədənlərində bir çox narahatlıqlara səbəb olur. Ara-sıra geyinmək böyük problemlər yaratmasa da, hər gün uzun saatlar ərzində dikdaban ayaqqabı geyinmək müəyyən problemlər yarada bilər.


Davamı →

Sağlamlığa ziyan vuran geyimlər

Mütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.

Belə ziyanlı paltarların arasında:

- Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.

- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.

— Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar geyinir. Deyirlər «gözəllik qurban tələb edir». Lakin bu halda qadın öz sağlamlığını qurban verir — daxili orqanların qan dövranı kəskin şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski artır.


Ardı →