İlk qadın redaktorumuz

İlk qadın məcmuəsinin naşiri

XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.


Davamı →

Nazlı Tahirova (Nəcəfova)

XIX yüzilliyin sonlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanda maarifçiliyin formalaşmasında və inkişafında yüksək demokratik əhval-ruhiyyə duyulurdu. Naxçıvanda hamı maarifə can atırdı. 1830-cu ildən sonra yaradılan və dünyəvi elmləri öyrədən məktəblərin sayı artmaqda idi. Əslində, işğalçı dövlətlərin apardığı müharibələr ötən yüzilliklərdə maarifçiliyin nizamını pozmuş və onu “unutdurmuşdu”. Amma tarixi sənədlər o dövrdə yaşamış insanların elmi, biliyi, təhsili çox yüksək qiymətləndirdiklərindən xəbər verir. Naxçıvanlılar ulu əcdadlarının şanlı ənənələrini yaşatmaq üçün əllərindən gələni əsirgəmir, imkanlı şəxslər yaradılan məktəblərə xeyriyyəçilik edirdilər. Rusiya imperiyası digər millətlərin kamil təhsil almasını istəmirdi və bunun üçün hər cür maneələr yaradırdı. Amma dağların sinəsindən çağlayan bulaqların gözünü bağlamaq mümkün olmadığı kimi, xalqın da təhsilə, elmə vurğunluğunun qarşısını almaq mümkün deyil. Çar məmurları naxçıvanlıların təhsilə dərin maraqlarının qarşısını ala bilmirdilər.

Davamı →

Karolina Herşel

Karolina Herşel (Lukresiya) 8 quyruqlu ulduz (kometa) və üç Nebula (Dumanlıq) kəşf edən, modern Avropada məvacibli çalışan rəsmi vəzifəli ilk qadın astronomdur.
Karolina Herşel 1750-ci ildə Hannoverdə anadan olub. Hərbi musiqiçi olan atası İsaak Herşel altı övladına da musiqi və riyaziyyat təhsili vermişdi. Anası İlse Herşel iki qızı üçün başqa düşüncəyə sahib idi, Karolinanın dərzilik öyrənməsini və ailəyə baxmasını istəyirdi.

Karolina 10 yaşındaykən inkişafına əngəl olan səpmə yatalaq xəstəliyinə tutulur, amma buna baxmayaraq, musiqi məşqlərini ev işləri ilə birlikdə çatdırırdı.


Davamı →

Ledi Marqaret Kavendiş

Kavendişlər sülaləsindən olan, Nyukasl Hersoqunun həyat yoldaşı Ledi Marqaret (1623-15 dekabr 1673) 17-ci yüzilliyin elmi fikirlərini nəşr etməklə məşhurlaşdırmağı bacaran yazıçılardan olub. Ledi Marqaret özünün rəngli, qeyri-adi və yeni elmi düşüncələrini xalqa çatdıra bilmək cəhdləri ilə tanınmışdır. Onun yaşadığı dövrdə elmlə məşğul olanlara təbiət fəlsəfəçisi deyirdilər. Marqaret şeir, proza, dram, fəlsəfi əsərlər və esselər yazıb. Eyni zamanda qadınların təhsil alması və elmi çalışmalara qatılmasının vacibliyi düşüncəsinin müdafiəçisi olub.

Davamı →

Xurşidbanu Natəvan

Xurşidbanu Natəvan parlaq istedada və qabağcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında böyük və əhəmiyyətli izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin, zənnimcə, bir neçə əsas səbəbi vardır. Bunlardan biri şairin soy köküdür.

Yəni, Natəvanda iki böyük nəslin Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır. Ad çəkdüiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar) maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar).


Davamı →

Azərbaycanın ilk pianoçu qadını Xədicə Qayıbova

Azərbaycanın ilk pianoçu qadını, muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə xanım Qayıbova represiya dövrünün musiqiçi qurbanlarından biri idi.

1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya altı övladın ən böyüyü olaraq göz açmışdır. Anası məşhur Terequlovlar nəslindən idi. (Bu, o Terequlovlar idi ki, onun iki qızı – Məlikə və Badigülcamal Üzeyir Hacıbəylinin və Müslüm Moqamayevin həyat yoldaşı idi).


Davamı →