Çay içməyin qaydaları

Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır. Çay ən çox istifadə etdiyimiz içkilər sırasındadır. Amma çayı içməyin də öz qaydaları var.

Qadağa 1
Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da «canavarın evə girməsi» effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, "çayı boş ürəyə içməyin".

Qadağa 2
Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü stimullaşdırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.
Ardı →

Çay

Çay dünyada sudan sonra ikinci ən geniş yayılmış içkidir. Çay kolunun (Camellia sinensis) yarpaqlarını dəmləməklə və ya qaynatmaqla əldə edilən bu içki əsasən isti və subtropik olkələrdə yetişdirilir. Yığılandan sonra emal prosesinin nəticələrinə görə çay 4 növə ayrılır: yaşıl, qırmızı, sarı və qara.


Ardı →