Məad

Mühüm bir sual

Ölüm sondur, yoxsa başlanğıc?
Nə üçün insanların çoxu ölümdən qorxur?


Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.
Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?
Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən).


Ardı →

İmamət

İmamət məsələsi nə vaxtdan başlandı?


Hamımıza məlum olduğu kimi, peyğəmbərin vəfatından sonra müsəlmanlar iki dəstəyə bölünürlər. Bir dəstə deyirdi ki, peyğəmbər özündən sonra heç bir canişin təyin etməmiş və xilafət məsələsini camaatın öz öhdəsinə qoymuşdur. Camaat kimi istəyirsə, onu xəlifə etsin. Bu dəstə «sünni» və ya «sünnə» adlanır.
İkinci dəstənin etiqadına görə isə, peyğəmbərin canişini onun özü kimi günah və səhvdən məsum, camaata maddi və mənəvi rəhbərlik etmək üçün lazımi dərəcədə elmli olmalı və dini göz bəbəyi kimi qoruyub saxlamalı, dinin irəliləməsində əlindən gələni etməlidir. Bu dəstənin fikrincə bu cür şəxsi təyin etmək yalnız Allahın öhdəsində olan və peyğəmbərin vasitəsi ilə həyata keçən bir şeydir. Peyğəmbər də bu işi Allahın əmri ilə həyata keçirmiş və Əli ibn Əbu Talib (ə)-ı öz canişinlik məqamına təyin etmişdir. Bu dəstə «İmamiyyə» və ya «şiə» adlanır.



Ardı →

III iddia

III Iddia:
«Müsəlman fatalistlər Allahın azad bəndələri (əfv edilmiş qulları) deyil, kölələridirlər. Qоrxduqları üçün namaz qılarlar; təki, Allahı qəzəbləndirməsinlər».
Cavab:
Əvvəlcə оnu qeyd edək ki, söylənən bu iddia məntiq elminin qaydaları (müzakirə və sual vermə metоdоlоgiyası) baxımından yanlışdır. Belə ki, insanların hansı niyyət ilə namaz qıldıqlarını Allahdan başqa kimsə bilməz. Sual verən şəxs müsəlmanların qəlbini açıb оxumuşdurmu? Bu mümkün оlmadığına görə qərəzli və əsassız оlaraq irəli sürülən bu iddia üzərində durmağa belə kərək оlmayan, məntiqi baxımdan zəif bir sözdür. Lakin sоrğuya qısaca açıqlıq gətirmək lazımdırsa, bunları deyə bilərik:
Qurani-Kərimdə Allahu Təala insanların nə üçün namaz qıldıqlarını lazımınca açıqlamış və «Namazı məni xatırlamaq üçün qılın!» (Taha — 14) buyurmuşdur. Demək ki, müsəlmanların istər namaz, istərsə də digər ibadətlərindəki məqsəd «Allahı xatırlamaq ən bоyük ibadətdir» (Ənkəbut — 45) ayəsində buyrulduğu kimi Allahı xatırlamaqdır.


Ardı →

Fikirlər

Hər bir insan müəyyən bir hərəkətə keçməzdən  əvvəl həmin hərəkət haqqında onda ilk əvvəl fikir yaranır və formalaşır. Hər birimiz ilk dəfə günah etməmişdən əvvəl o günahı etmək haqqında bizdə fikir formalaşır. Əgər bu fikrin qarşısınıı kəsib özümüzdən uzaqlaşdırsaq demək biz güclüyük. Əgər həmin fikir bizdə davam etsə və həmin fikrin davamına mane olmasaq o fikir hərəkətə və sözə keçəcək. Bizdə yaranan pis fikirlərin qarşısını kəsmək üçün dərhal həmin fikrin bizə düşmənimiz tərəfindən gəlməyinin fərqində olmalıyıq. O fikri özümüzdən rədd etməlyik. Əgər rədd etməsək fikir bizi günah sözə və günah əmələ aparacaq. Məsələn birdən bizim içimizdə belə bir fikir yaranır ki, siqaret çəkək. Sonra bu fikir bizdə tədricən davam edir və bizi narahat etməyə başlayır. Əgər ilk addımda bu fikiri rədd etməsək, həmin fikir bizim qəlbimizdə yetişməyə başlayacaq. O qədər yetişəcək ki, biz artıq o fikiri hərəkətə keçirəcəyik. Ona görə də unutmayaq bu cür günah və pis fikirlər bizə düşmənimiz şeytan tərəfdən gəlir və biz dərhal bunu dərk edib onu özümüzdən rədd etməlyik. Əgər rədd etməsək, onda düşmənimiz bizi tovlayıb yoldan çıxaracaq. Düşmənimizin şərrindən Allaha sığınırıq. Gəlin ehtiyatlı olaq və bütün pis fikirləri və hərəkətləri özümüzdən uzaqlaşdıraq.
Davamı →

Müsəlmanların məzhəblərə bölünmə səbəbləri

İslam müxalifətçiləri və istismarçılar həmişə müxtəlif vasitələrlə, yollarla müsəlmanların tərəqqisinin qarşısını almağa çalışıblar. Onların təsir yollarından biri də müsəlmanların birliyini pozmaq, aralarında ayrı-seçkilik salmaq, nifaq yaratmaqdır.
islam dini ağıla, məntiqə əsaslanan, bəşərə xoşbəxtlik gətirən ilahi bir dindir. insan heç də öz-özünə yaranmayıb və onun bir yaradanı vardır. O Yaradan insanları bəşəri səadətə çatdırmaq üçün xüsusi qayda-qanunlar qoymuşdur. islama görə, hər bir insan ağıl və məntiqə əsaslanaraq öz dinini sərbəst şəkildə seçə bilər. Bizim danışacağımız mövzu hazırda müsəlmanlar arasında ortaya çıxan ixtilaflar haqqındadır. Cəmiyyətimizdə mövcud məzhəblərin yayılması haqqında mətbuatda yazılar dərc olunsa da, onların meydana gəlmə səbəbləri göstərilmir. İslamda müxtəlif fikir cərəyanları və məzhəblər çox erkən dövrlərdə təşəkkül tapmışdır.
Bəşəriyyət inkişaf etdikcə müxtəlif fikirlər ortaya çıxmış və bununla da yeni fəlsəfi, sosial, iqtisadi nəzəriyyələrin meydana gəlməsinə səbəb olmuşdur. Əgər biz insanların ixtilaf etmə səbəblərini sadalamağa çalışsaq, buna gücümüz çatmaz. Ancaq bu yazıda onların bir neçə səbəbini araşdırmağa çalışacağıq.
Mühəmməd Əbu Zəhra Məzhəblər tarixi kitabında insanların ixtilaf səbəblərini belə izah edir:
Ardı →