Şəkər məhsulları

şəkərŞəkər gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biridir. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istеhsаlı üçün əsas хаmmаl kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır. Kimya sənayesində şəkərdən müxtəlif törəmələr alınır. Sonra həmin törəmələrdən müxtəlif sahələrdə, o cümlədən, plastmas, əczaçılıq preparatları, dondurulan qida məhsullarının istehsalında istifadə olunur.

Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görüşünə görə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Şəkər tozu quru, dənəvər olmaqla, ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır.
Ardı →

Şəkər

Bizim işlətdiyimiz «şəkər» sözü qədim sanskrit dilindəki «sakara» sözündən əmələ gəlmişdir. Mənası «qatışdırılmış şirə» deməkdir. Şəkər qamışının vətəni Hindistan, daha dəqiq desək Himalay dağlarının ətəkləridir.
Yunan alimi Feofrasdan bizə şəkər qamışından şirin duz alınmasına dair məlumat gəlib çatmışdır.
XII-XIII əsrlərdə yaşamış yunan həkimi İ. Aktuariüs qamış balını dərmanların acılığını azaltmaq üçün tətbiq edirdi.


Ardı →