Anamın kitabı

ANAMIN KİTABI — bu əsəri çox xoşlayıram.

«Anamın kitabı»- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb. 
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy «intelligent» paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi… İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda, oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər.



Ardı →