Katana - Samuray qılıncı

Tapança gülləsini ortadan ikiyə böləcək qədər kəskin və davamlı, eyni zamanda bir saç telini ortadan ikiyə böləcək qədər də həssas olan bu qılınc bəlkə də Yapon xalqının dünyaya verdiyi ən möhtəşəm əsərlərdən biridir. Tarixi 10-cu əsr və əvvələ söykənən bu qılınc, Yapon xalqını iftixar, ruhani güc və itaətkarlıqla təmsil etmiş ancaq bir çox insanın qorxulu yuxusu olmuşdur. Tək bir həmlədə insan bədənini ortadan ikiyə ayıran bu qılıncın istehsalı günümüzdə çox az həcmdə aparılır və qiymətləri beş min dollar ilə əlli min dollar arasında dəyişir.

Dünyanın ən iti qılıncı adına sahibdir. Amma Katana qılıncı ilə birlikdə Avropanın düz ağızlı qılıncı da bu yarışın içərisindədir. İki qılıncı müqayisə etdikdə, şübhəsiz, Katana bu yarışı qazanacaq xüsusiyyətdə tək qılıncdır. Tarixə baxanda çox mənbə Yaponların, Avropanın düz ağızlı qılıncını məsxərə etdiklərini yazır.
Davamı →

Katana - Yapon qılıncı

Katana (yayılan) — bir tərəfdən çox zərif , digər tərəfdən öldürücü silahdır. Dinclik şəraitində o təmkinin mücəssəməsidir, lakin qılınc döyüşçünün əlində olduqu an Katana ildırım və tufan kimi eyni zamanda güclü bir element olur.

Katana – o uzun Yapon qılıncıdır. Öz formasına görə qılıncı xatırladır, lakin dəstəyi klassik qılınclardakı kimi ülgücün əks tərəfinə əyilmış deyil.
Katana XV əsrdə ortaya çıxsa da, XIV əsrin sonundan yapon samurayının ənənəvi silah kimi istifadə olunub.

Gündoğan ölkədə (Yaponiya)  katanaya münasibət sırf hərbi təyinat ürzə məhdudlaşmırdı. Yapon mifologiyasına görə, qılınc üç müqəddəs şücaət rəmzini ifadə edın törənlədən biridir.

Qılıncı həmişə  ailə yadigarı olaraq göz bəbəyi kimi qorunmuş və əsas obyekt kmi nəsilərə xidmət etmişdir. Qılınclar, xüsusiylə də Katana, vərəsəlik üzrə bir nəsilə başqa nəsilə ötürülmüşdür.

Qılınc öz sahibinin cəmiyyətin müəyyən sosial pilləsidə olmasını tərif edirdi. Belə ki, adi insanlar: kəndlilər, sənətkarlar, tacirlər özləri ilə silah daşıya bilməzdilər.

Katana həmişə qınında gəzdirilirdi. Kəmərərin arxasına cekirməklə bıçağın uzunluğu düşmənindən gizli saxlanılırdı. Samuraylar evə daxil olduqda, Katana çıxardardılar.

Katana qılıncı- bu gün bütün dünyada olduqca məşhur artifactdır. Dünya və özünü idrak vasitəsi kimi, dəblı hədiyyə və sənət əşyası kimi.

Hesab olunur ki, bu gün dünyada təxminən iki milyon yapon qılınc qalmışdır, lakin onların əksəriyyəti IXX  sərin ikinci yarisi,  XX əsrlərdə «manchzhurki» adı altında  tanınan zabit silah fabrikinin istehsalıdır.


Davamı →