Kişinin bankda pulu varsa, qadın boşanma zamanı pay tələb edə bilərmi?

Günümüz üçün aktual olan hüquqi məsələlərdən biri də boşanma zamanı yaranan mübahisələrdəndir. Nikahdan əvvəl və ya nikah dövründə ər və arvadın əldə etdiyi əmlak boşanma zamanı necə bölünməlidir?  Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, gənc vəkil Orxan Dadaşovun fikirlərini öyrəndik.
Vəkil açıqlamasında bildirib ki, bu məsələ Ailə Məcəlləsinə əsasən tənzimlənir. Boşanma zamanı əmlak bölgüsü məsələsində bir neçə mübahisəli məqam yaranır və aşağıdakı kimi aparılır:
Davamı →

Qanunların olmadığı şəhər!

Bir zamanlar dünyada əhali sıxlığının ən çox olduğu yerin burası olduğu düşünülürdü. Kovloon valled City 50 min adam bir neçə blok içində sıxışıb qaldığı bir şəhərdir. 20-ci  əsr boyunca Hong Kong yanında böyüyən 'Kovloon Valled City' əslində köhnə bir Çin hərbi qalası idi. Qala ətrafının İngilis rəhbərliyinə keçməsiylə və əhalinin artmasıyla ətrafı divarlarla örtülü bir şahəyə çevrildi. Xüsusilə 2-ci Dünya Müharibəsindən sonra sürətlə əhalisi artan şəhərin divarları da zaman içərisində yıxıldı. Uzunluğu 210 metr, eni 160 metr olan böyük  bir park qədər sahəni əhatə edən və kompleks bir quruluşu xatırladan bu bölgə, 1987-ci ildə 33 minə çatan əhalisiylə orta böyüklükdə bir şəhər halını aldı. Bölgənin əhali sıxlığı inanılmaz dərəcədə yüksəkdir.  İstanbulda kilometr kvadrata düşən adam sayı ortalama 2 min 400-dirsə, bu rəqəm burada 1 milyon 250 min adama çıxır. Şəhər zaman keçdikcə və əhali artdıqca qanunsuz bir şəhərə çevrildi. Bölgədə narkotik istifadəsi, fahişəlik, qumar adi hala çevrilib. Budur Kovloon valled City şəhərindən bəzi kadrlar…


Ardı →

Qadınlar da məcburi hərbi xidmət keçəcək

Bu ilin oktyabr ayında Norveçdə kişi və qadınların hərbi xidmətin mütləq olmasını təsdiqləyən qanun layihəsi qüvvəyə minib. Norveç NATO təşkilatına üzv olan ilk ölkələrdəndir. Ölkə sosial rifah və gender bərabərliyi ilə məşhurdur. Bu səbəbdən irəli gələrək, Norveçdə kişilər kimi, qadınlar da hərbi xidmətdən keçir. Yerli qanunlara görə, şirkətin direktorlar şurasının 40 faizindən çoxu qadınlardan ibarət olmalıdır. 

   Hökumətin yarısı isə qadın nazirlərdən təşkil olunub. Yeni qanuna görə, 1997-ci ildən sonra dünyaya gələn qadınlar hərbi xidmətdən keçməyə borcludur. Qeyd edək ki, bu vaxta qədər hərbi xidmət könüllü xarakter daşıyırdı. Qadınlar Norveçin istənilən hərbi sahəsində xidmət edə bilər. Hazırda ölkədə qadınların minatutan gəmilərdə də xidmət etdiyini görmək olar. Məcburi hərbi xidmət 2016-cı ildən sonra tətbiq olunacaq. Qadınlar 44 yaşına kimi hərbi xidmətə çağırıla bilər. Xatırladaq ki, Norveçdə qadınlar könüllü hərbi xidmətə 1976-cı ildən etibarən qoşulub.


Ardı →