Uşağa ayaqqabı seçərkən nələrə diqqət etməli?

Uşağa ayaqqabı seçdikdə diqqətli olmaq lazımdır. Ortopedlərin valideynlərə məsləhətləri:

1. Bəzən eşidirik ki, bütün uşaqlar ortopedik ayaqqabı geyinməlidir. Lakin bu belə deyil. Sağlam uşağa ortopedik ayaqqabı lazım deyil. Uşağa keyfiyyətli və həkimlərin tövsiyələrinə uyğun seçilmiş ayaqqabı seçmək lazımdır. Bu çox vacibdir. Düzgün seçilməmiş ayaqqabıların nəticəsi — uşaqda pəncə və qamət problemləridir. Altlığı yumşaq olan ayaqqabılar (ked, şap-şap) yaxşı seçim deyil. Belə ayaqqabıda uşaq 2 saatdan artıq gəzməməlidir.

2. Uşaq ayaqqabıların müəyyən standartları mövcuddur. Ayaqqabı dəridən olmalıdır (həm ayaqqabının üstü, həm də içi). Bu çox vacibdir. Uşaqlar çox hərəkət edir — qaçır, tullanır. Süni materiallardan hazırlanmış ayaqqabıda uşağın ayaqları çox güclü tərləyəcək. Bu isə ziyandır. Ayaqqabının altlığı bərk olmalıdır və eyni zamanda asanlıqla əyilməlidir. Altlığın elastik olması çox vacibdir. Altlıq dəridən, rezindən və digər müasir materiallardan ola bilər. Ayaqqabının arxası bağlı və bərk olmalıdır. Dabanın hündürlüyü 1/2-1 sm olmalıdır. Qeyri-adi dabanı olan və ya dabansız ayaqqabılar tövsiyə edilmir. Ayaqqabının içərisində supinator olmalıdır. Ayaqqabının burnu bərk və yumru olmalıdır ki, uşağın barmaqları üçün kifayət qədər yer olsun.
Davamı →

Amfora


Payız-qış 2014-15 mövsümündə məşhur ayaqqabı dizayneri Manolo Blanik və britaniyalı stil ikonası Viktoriya Bekhem yeni Amfora ayaqqabı modelinin hazırlanması üçün birləşiblər. Eleqant Amfora ayaqqabıları həm gündəlik, həm də ziyafət obrazını əla tamamlayır. 2 variantda təqdim olunan və dəridən hazırlanmış itiuclu ayaqqabıların dabanı 11,5 sm hündürlükdədir.


Ardı →

Dikdaban seçərkən

Dikdaban ayaqabı geymək istəyən, amma bunu bacarmayan qadınlar üçün Koreyada xüsusi kurslar açılıb. Biz dikdaban ayaqqabını necə geymək lazım gəldiyini öyrətmək fikrində deyilik, çünki bunun zərərini bilirik. Amma dikdabanlardan vaz keçə bilmədiyiniz halda sizə yararlı olacaq bəzi məsləhətlərimiz var. Bu ortepediya həkimi ilə müəyyənləşdirilmiş kiçik bir siyahıdır.

1. Əgər hündürdaban ayaqqabıdan əl çəkə bilmirsinizsə, o zaman seçim çox olan mağazaya gedin, sizə ən uyğun olan ayaqqabını seçməkdə tənbəllik etməyin.

2. Ayaqqabının içinə silikon doşəməlik yerləşdirin, bu sizi yıxılma və topuq burxulmalarından qoruyacaq.

3. Qalın dabanlı dikdabanlar seçin, ayaqqabının dabanı nə qədər qalın olsa üzərində daşıdığı ağırlığı da bir o qədər rahatlıqla bərabər yayar.

4. Ayağınız ağrımağa başlarsa mütləq həkimə müraciət edin.

Müəllif: Nilufər


Davamı →

Ayaqqabı alarkən diqqətli olun

ayaqqabılarBaxırsan ki, ucuz ayaqqabıdır, görünüşü də gözəl. Ancaq bu gözəl ayaqqabının tərkibində orqanizm üçün hansı təhlükə mənbələrinin “yatdığından“ xəbərimiz yoxdur. Əslinə qalsa keyfiyyətsiz ayaqqabı baha da olur, ucuz da.
Yəni demək olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli olur. Bahalı mal da zay, keyfiyyətsiz çıxır. Ancaq bir həqiqət var: “Ucuz ətin şorbası olmaz“. Bəzən qiymətinə, zahiri görünüşünə aldanıb aldığımız sintetik ayaqqabılar, necə deyərlər, canımıza cəllad kəsilir. Belə ayaqqabılarda xərçəng xəstəliyi ehtimalı olduğu da aşkar edilmişdir.
Araşdırma apararkən məlum olmuşdur ki, bu növ ayaqqabıların istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunur. Bu növ ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur. Hava buraxmayan, ayağı tərlədən, göbələk xəstəliyi əmələ gətirən ayaqqabılar sağlamlığa böyük zərbə vurur. Ona görə də ayaqqabı alanda diqqətli olmaq, sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmiş ayaqqabılara üstünlük vermək lazımdır. 


Davamı →

Kişi ayaqqabısı

Yəqin ki, bütün kişilər qadınların geyimdə ayaqqabılara xüsusi önəm verdiklərinin fərqindədirlər. Bu mənada qadınları yaxşı başa düşmək olar. Çünki qadınlar kişinin ayaqqabısına baxmaqla onun həm zövqünü, həm həyat tərzindən, həm də səliqəsindən asanlıqla agah ola bilirlər.

Nələrə diqqət etməli?
Ayaqqabı seçərkən mütləq şəkildə keyfiyyətinə önəm vermək lazımdır. Bundan sonra onun rəngini və hansı geyimlə geyinəcəyinizi müəyyən etməlisiniz. Əgər almaq istədiyiniz ayaqqabı sizin qarderobdakı geyimlərlə uyğunluq təşkil edirsə, onda həmin ayaqqabını almağa dəyər.

Əgər qarderobunuzda geyimlərin çoxu idman üslubundadırsa, o zaman siz makasin tipli ayaqqabılara üstünlük verməlisiniz. Əgər işgüzar və ciddi bir ayaqqabı almaq fikrinə düşmüsünüzsə, onda yaxşı olar ki, təmiz dəridən olan ayaqqabılar alasınız. Zamşa materialından olan ayaqqabı o qədər də məsləhətli deyil. Çünki gündəlik geyimlərinizə bu tip ayaqqabı həm yaraşmayacaq, həm də sizi çox zövqsüz göstərəcək.

Müəllif: Aynur Hüseynova
Mənbə: Mərkəz qəzeti
Davamı →

Ayaqqabı

“Dost üzə, düşmən isə ayağa baxar”. Bu qədim el misalında böyük bir həqiqət var. Təsəvvür edin ki, çox gözəl geyinmisiniz, son dəblə, zövglə, amma ayaqqabılarınız bu dəbə uyğun gəlmir. Belədə  dostunuz bunu  üzünüzə vurmayacaq. Amma bədxahlarınız o dəqiqə gözünü ayaqlarınıza dikib deyəcək: bu nə  ayaqqabıdır geyinmisən?  


Ardı →