Broyler toyuğunu antibiotikdən təmizləmək üsulu

Məlumdur ki, fermalar, broylerlər toyuq və cücələrin xəstələin ölməməsi və tez yetişməsi üçün antibiotik və hormon preparatlarının dozasını artırır.
Bu toyuqları bişirdikdə isə ddərman qalıqları insan orqanizminə keçir.Təsəvvür edin ki, bir toyuqla bərabər 1-2 ampul antibiotik də yeyirsiz. Evdə broyler toyuqlarını bişirməzdən əvvəl antibiotikdən təmizləmə qaydasını təqdim edir.

Davamı →

Broyler toyuqları hansı xəstəlikləri yaradır?

Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir, fabrikdə isə 5 həftə ərzində 1 kq-dan çox çəkiyə sahib olur.

Mətbəximizə, süfrəmizə, qida rasionumuza daxil olmuş bu təamdan hələlik tamam imtina edə bilmirik. Ancaq onu haqda yetərli bilgiyə sahib olmasaq, çox şey itirərik.

Bu  mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Belə bir qorxunc iddia ilə çıxış edən alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir: “Buraxsanız belə, tərpənmirlər… Sağlam qidalanmaq üçün əksər insanlar ancaq toyuq əti yeyir. Sonra da görürük, hər gün bir gənc qadın süd vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bunun səbəbi genetik modifikasiya olunmuş məhsullarla qısa müddətə böyüyən broyler toyuqlardır”.

Dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da broyler toyuqları gen-bol satılır. Aidiyyətı qurumlar tərəfindən bu günədək broyler təsərrüfatında dövlət nəzarət tədbirləri zamanı ciddi problem aşkarlanmasa da, ekspertlər həyəcan təbili çalır.


Ardı →