Cinsi münasibətin sağlamlığa inanılmaz təsiri

“Normal cinsi aktivlik böyrək daşlarının düşməsində 80 faiz rol oynayır”.
Bunu türkiyəli uroloq Tevfik Sarıkaya deyib.
Türkiyə elm adamları tərəfindən aparılan bir araşdırmaya görə, həftədə 4-5 dəfə sekslə məşğul olmaq 5 mm qədər ölçüdə olan böyrək daşlarının düşməsinə yardım edir.
Həddindən az maye qəbulu, proteinlə zəngin qidalar yemək və duz böyrəklərdə daşların başlıca yaranma səbəblərindəndir. Onun müalicəsi isə daşın ölçüsündən asılıdır.
Davamı →

Cinsi fəallığı artıran qidalar

Təbii üsullarla müalicə üzrə ekspert Seyfəddin Əsədin təqdimatında cinsi istəyi artıran bitkiləri təqdim edirik.

Kök: Kökdə seks hormonlarını aktivləşdirən komponentlər çoxdur. Dünya şöhrətli seksopatoloqlar “kökü təbii viaqra” hesab edir.

Qarpız: ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə aparılan bir araşdırmaya görə, tərkibindəki citrulline maddəsi sayəsində bədənin rahatlamasını və qan damarlarının genişlənməsini təmin edən qarpız “təbii viaqra” olaraq qiymətləndirilir.

Fıstıq: Zülal və bol “E” vitamini ehtiva edər. Xoşbəxt bir evlilik üçün afrodizyak otlardan faydalanmağın xeyri fayda var.
Davamı →

Qadının enerji və güc mərkəzləri

Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində — uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.

O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.

Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.
Davamı →

Cinsi həyata mənfi təsir edən faktorlar

Qarşınızdakı əks cinsinizdən uzaq qalmağa çalışırsınızsa, onunla yatağa girmək istəmirsinizsə bunun sevgi və romantika ilə əlaqəsi olduğunu sanmayın. Bunun sevgizisliklə bir əlaqəsi yoxdur. Sevgilinizin və ya sizin yataqdan qaçmanıza müxtəlif faktorlar səbəb olur. Bu faktorlara aşağıdakılar aiddir.

1. Hormonal pozğunluqlar
Seks həyat orqanizmin hormonları ilə əlaqəli fəaliyyət göstərir. Bunun ən sadə misalını kontraseptivdən istifadə edən qadınların timsalında misal göstərmək mümkündür.

Kontraseptivlərdən istifadə edən qadınlar dərman qəbulundan əvvəlki və sonrakı hallarını müqayisə etdikdə buna tam əmin olurlar. Hormonların çatışmazlığı üzündən klimakteriya dövrünü yaşayanlar intim əlaqədən uzaq durmağa çalışırlar. Hormonlar səbəbli seksdən uzaqlaşmanı asanlıqla dərmanlar vasitəsilə aradan qaldırmaq olur.
Davamı →

Seks nə vaxt vəzifəyə çevrilir?

  • Esse
Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var.

Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.

Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa-başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən?
Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!
Davamı →

Sperma allergiyası nədir?

Bir çox hallarda partnyorlar arasında cinsi əlaqədən sonra müəyyən narahatlıqlar ortaya çıxır.
Qadınlarda aşınma, qıcıqlanma, qaşınma kimi hallar yaranır. Türkiyəli mütəxəssis Sinan Akkurt məlumat verir ki, sperma allergiyası, cinsi əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərə deyilir.

Əlamətləri vaginada yanma, şişmə, ağrı, qaşıntı, qızartı kimi bilinən klassik allergiya əlamətləri ilə eynidir. Bəzən bütün bədəndə, üzdə, qolda, yaxud ayaqda da allergiya əlamətlərinə rast gəlinir. Bu, daha çox allergik baxımdan həssas olan şəxslərdə olur.
Davamı →

Səhərlər seks daha faydalıdır

«Seks də bir məşqdir, yuxarıda olan daha çox enerji xərcləyir»
Unutmayın ki, seks də bir məşqdir, bunu bir oyun kimi ələ almaq lazımdır. Seks həyatınız sizə sevinc verirsə, zövqlə daha rahat kilolarınızdan azad ola bilərsiniz.

— Seksin mövqeyi kilo verməyə təsir edirmi?
— Partnyorunun paltarlarını soyunduran 12 kalori, geyimlər asan çıxırsa səkkiz kalori xərcləyir. Bunlar təbii ki deymlərdir və ölçülməsi bir az çətindir. Amma bu bir gerçəkdi r ki, seks əsnasında yuxarıda olan daha çox enerji xərcləyər. Seks əsnasında xərclənən enerji orta böyüklükdə bir otağı, yaxud bir iki pəncərə şüşəsi silmək qədər enerji xərcləyir.
Davamı →

Seks və utancaqlıq

Utancaqlıq və seks… Qapalı və ənənəvi cəmiyyətlərdə bir-birinə qarşı duran iki söz. Niyə seks dedikdə çoxumuzun ağlına utancaqlıq gəlir? Cinsəllik, cinsi həyat cəmiyyətdəki bəzi insanlar üçün hələ də böyük bir tabudur. Bir çoxumuz cinsi mövzularda narahatıq. Bu da öz növbəsində cinsi həyata zərbə vurur.

1. Cinsi həyatınızla tanış olun
Cinsi həyat sizə öyrədilən və ya google-un təqdim etdiyi şübhəli mənbələrdən, məşhur dərgilərdən ibarət deyil. Bununla bağlı daha çox elmi kitablar oxuyun, sxemlər və şəkillər araşdırın, cinsi həyatın praktikliyini və məntiqini daha mexaniki olaraq öyrənin.
Davamı →