Hövsələnizin sərhədi haradadır?

Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür. «Aysel» jurnalı səbrinizin dərəcəsini ölçmək üçün sizə test təklif edir. Amma bir şərtlə ki, sualları tez və çox düşünmədən cavablandırasınız

1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?
a) bəli, onlar buna layiqdirlər
b) xeyr, ola bilsin, onlar düz deyirlər

2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...

Ardı →

Səbrli olun

Bir nəfər yeni maşınına baxmaq üçün evindən çıxanda, üç yaşındakı oğlunun gülə-gülə əlindəki çəkiclə maşının qapısını əzdiyini görür.O dəqiqə uşağın yanına qaçır və hirsindən onun əlinə çəkiclə vurmağa başlayır.Biraz sakitləşincə oğlunu təcili xəstəxanaya aparır.Həkim uşağın qırılan sümüklərni bitişdirməyə çalışsa da əlindən bir şey gəlmir və uşağın iki əlinin barmaqlarını da kəsmək məcburiyyətində qalır.Uşaq narkozdan ayıldıqda, əllərini gipsdə görür və məsum bir ifadəylə: 
“Ata, maşınını əzdiyim üçün bağışla məni.” deyir və sonra atasından soruşur: 
“Ata, bıs barmaqlarım nı vaxt yerinı gələcək?”

Atası evə qayıtdıqda həyatına son verir... 
Birisi stola süd tökdüyündə, ya da bir uşagın agladıgını eşitdiyinizdə bu hekayəni xatırlayın.Çox sevdiyiniz birinə qarşı səbrinizin daşdıgını hiss etdiyiniz an əvvəlcə düşünün.Maşınlar düzələ bilir, amma qırılan sümüklər və inciyən duyğular heç bir zaman düzəlmir...
Adətən, insanla onun potensialı arasındakı fərqi görə bilmirik.İnsan səhv edər.Hamımız səhv edə bilərik.Ancaq hirslə və düşünmədən ədilən hərəkətlər insanı sonsuza qədər narahat edər.Nə isə etmək istədikdə dayanın və düşünün.Səbrli olun.Anlayış gğstərin və sevin.
Davamı →

Bir damcı kifayətdir

Səhra əfsanələrindən birində deyilir ki, bir kişi var imiş, hansı ki, qonşu vahəyə (oazisə) köçmək istəyib. Buna görə də o başlayıb dəvəsini yükləmyə. Belə ki, xalçalarla, mətbəx ləvazimatlarıyla, geyimlər toplanmış sandıqlarla yüklənmiş dəvə də bütün bunlara dözürdü. Onlar yola çıxacaqları vaxt kişinin yadına atasının ona verdiyi mavi pero düşür. O bu peronu da götürür və qoyur dəvənin kürəyinə. O bunu elədiyi vaxt, heyvan ağırlıqdan yerə çırpılır və ölür. Kişi düşündü: “Mənim dəvəm heç bir dənə peronu belə saxlaya bilmədi”

Bəzən biz də başqaları kimi düşünürük-  balaca bir zarafatımız əzab badəsini daşdıracaq bir damcı ola biləcəyini anlamadan.


Paulo Koelyonun «Maktub»undan


Davamı →

Allahım mənə "yox" dedi

Bizlər daim Allaha dua edərkən ondan sevgi, xoşbəxtlik, səbr, dözüm diləyirik. Daha sonra isə Allahın bizim arzularımızın yerinə yetməsi üçün yaratdığı şəraitə təəccüblənirik...
1. Mən Allahdan qürurumu almağı xahiş etdim, O isə «yox» dedi. O dedi ki, qüruru almırlar, ondan imtina etmək lazımdır.
2. Mən Allahdan yatağa məhkum olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə «yox» dedi. O dedi ki,
Ardı →