Şərabın zərərləri.!!!

Əgər tibb əsərlərini araşdırsaq görərik ki, şərabın tibbi cəhətdən öldürücü ziyanları vardır. Deyilənləri Avropa ölkələrinin qanunlarında müşahidə etmək olar. Bu qanunlara əsasən, içkili halda iş başına getmək qadağandır.

Biz burada həkimlərin qeyd etdikləri zərərləri qeyd edirik:

1. Ağılın sıradan çıxması

Spirtli içkilər bəşər həyatının ən böyük bəlalarındandır. Bu öldürücü zəhərin pisliyi haqqında bunu demək kifayətdir ki, o bəşəriyyətin ən böyük sərmayəsi və onu başqa canlılardan üstün edən ağılla mübarizə aparır. Şərabın ağıl qüvvəsinə vurduğu zərərlər insanın idrakını ( istər sərxoş halda, istərsə də ayıq halda) məhv edir.
Ardı →