Böyüdücü cihazlar

Bitkinin həyatını daha yaxşı başa düşmək üçün onun orqanları və daxili quruluşu ilə tanış olmaq lazımdır. Çiçəkli bitkilərin orqanlarını (kök, gövdə, yarpaq, çiçək, meyvə və toxum) adi gözlə görmək mümkündür.
Bitkilərin daxili quruluşunu öyrənməkdə bizə lupa (böyüdücü cihaz) kömək edir. Lupa iki tərəfdən qabarıq şüşədən ibarətdir. Lupadan istifadəni asanlaşdırmaq üçün böyüdücü şüşəni yanına dəstək bərkidilmiş çərçivənin içinə salırlar ( 10 ).
Lupadan istifadə edərkən, onun dəstəyindən tutub, baxılan əşyanı yaxşı görünə biləcək məsafəyə qədər yaxınlaşdırmaq lazımdır. Lupa baxılan əşyaları 2-25 dəfəyə qədər boyüdür.
Ardı →